Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Alice Wells: ‘Bu sülh əldə olunmasına bir səydir’


Alice Wells
Alice Wells

“Beynəlxalq Təmas Qrupunda təmsil olunan 50-dən çox dövlət Əfqanıstan sülh prosesinə və bu ölkənin prezidenti Məhəmməd Əşrəf Qaninin bu sahədə fəaliyyətinə dəstək verir”.

Bunu ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini, xanım Alice Wells Azərbaycana səfərinin yekunları ilə bağlı iyunun 29-da səhər ayaqüstü keçirdiyi mətbuat konfransında deyib.

Alice Wells ABŞ adından Azərbaycana Əfqanıstandakı faəliyyətinə görə təşəkkür edib. Əfqanıstanla əməkdaşlığı ABŞ və Azərbaycanla əməkdaşlığıın əsaslarından biri adlandırıb.

O, görüş məkanı kimi Azərbaycanın seçilməsinin bu ölkənin oynadığı rolun göstəricisi hesab edib.
ABŞ təmsilçisinə görə, Əfqanıstan hakimiyyəti ilə "Taliban" arasında atəşkəs əldə olunandan sonra keçirilən bu konfrans ilk tədbir kimi diqqət çəkir:

“Döyüşçü və ya mülki şəxs olmasına baxmadan atəşkəs təşəbbüsü sülhə və sabitliyə səy deməkdir. Ona görə də ABŞ bu təşəbbüsü dəstəkləyib”.

Xatırlatma

İyunun 28-də Əfqanıtsan üzrə Beyənlxlaq Təmas Qrupu( BTQ)

Bakıda toplantı keçirib. Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Kərzayi, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini, xanım Alice Wells və 60-a yaxın ölkədən nümayəndə iştirak edib.

BTQ 2009-cü ildə yaradılıb, qrupa 60-a yaxın dövlət və beynəlxalq təşkilat daxildir. Əfqanıstanla Almaniya qurumda həmsədri rolunda çıxış edirlər.

Beynəlxalq Təmas Qrupu Əfqanıstan və onun yerləşdiyi regionun inkişafına töhfə verilməsindən ötrü müzakirələrin aparılmasına xidmət edən platformadır.

XS
SM
MD
LG