Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:04

Bakıda forum keçirilir


Bakı, ADA Universiteti
Bakı, ADA Universiteti

İyunun 22-də ADA Universitetində CAMCA Regional Forumu işə başlayıb.

AZƏRTAC-ın xəbərinə görə, CAMCA Forumu bölgə dövlətləri ilə yanaşı, 20 müxtəlif ölkənin yüksək səviyyəli hökumət, biznes sektoru və elmi dairələrin nümayəndələrini bir araya toplayıb.

CAMCA Regional Forumu Mərkəzi Asiya coğrafiyasında iqtisadi artım və inkişaf məsələlərini işıqlandıran müzakirə platformasıdır.

Tədbir çərçivəsində bölgənin 10 ölkəsindən nümayəndələr, beynəlxalq ekspertlər və digər maraqlı tərəflər bir araya toplaşaraq müvafiq gündəm üzrə dialoq aparırlar.

CAMCA (Central Asia-Mongolia-Caucasus-Afghanistan) Regional Forumu ABŞ-ın Ramsfeld Fondunun hər ilin yaz və payız fəsli elan etdiyi Mərkəzi Asiya-Qafqaz təqaüd proqramının məzunlarından ötrü şəbəkələşmə məqsədi daşıyır.Təqaüd bölgə dövlətlərindən bir qrup gənc peşəkar liderə ayrılaraq onları altı həftə ərzində ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən tədqiqat proqramına dəvət edir. Proqram iştirakçıları burada Amerikanın hökumət, qeyri-hökumət, biznes dairələrinin aparıcı nümayəndələri ilə görüşlər keçirərək Mərkəzi Asiya və Qafqaz bölgəsi barədə fikir mübadiləsi aparırlar. Proqramın nəticəsi kimi, iştirakçılar birgə layihə üzərində çalışırlar.

2008-ci ildən etibarən təqaüd proqramına Azərbaycandan 17 nəfər qatılıb. Bakı Forumunda Azərbaycan və digər ölkələrdən 120-ə yaxın CAMCA məzunu iştirak edir.

Bundan əvvəlki forum 2017-ci ildə Düşənbədə təşkil edilmişdi.

XS
SM
MD
LG