Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:48

Hökumət Mehman Hüseynov məsələsində Avropa Şurasını qabaqlasa da…


Venesueldaki azərbaycanlı ölkədə nələr baş verdiyini danışır
Gözlə

No media source currently available

0:00 0:14:56 0:00

Venesueldaki azərbaycanlı ölkədə nələr baş verdiyini danışır

18 il əvvəl bu gün, Azərbaycanın ictimai-siyasi həyatında tarixi hadisə baş verdi - Azərbaycan Avropa Şurasına üzv qəbul olundu.

Bəs bu illər ərzində bu qurumun Azərbaycan cəmiyyətinin, iqtidar və müxalifətinin həyatında rolu nədən ibarət oldu?

Politoloq, “Demokrasiya, gediləsi uzun bir yol” kitabının müəllifi Hikmət Hacızadə deyir ki, bu quruma üzv olmağın Azərbaycan dövləti üçün böyük əhəmiyyəti olub:

“Bizimçün ən önəmli hadisə ölüm hökmünün ləğvi oldu. Biz Avropa qanunları ilə, Avropa hüquq fəlsəfəsi ilə tanış olduq…”

Heydər Əliyev 18 il əvvəl demişdi...

2001-ci ildə, Azərbaycan quruma üzv olarkən öhdəliklər götürmüşdü. Ovaxtkı president Heydər Əliyev, ilin bu günü, yanvarın 25-də bu barədə deyirdi:

“Biz bundan sonra da Azərbaycan xalqının və dövlətinin humanizm, insanpərvərlik ideallarına və prinsiplərinə, demokratiyaya, qanunun aliliyinə, insan hüquqlarına və əsas azadlıqlara hörmət bəslənilməsinə əsaslanan dəyərlərə sadiqliyini nümayiş etdirəcəyik. Tam məsuliyyətlə bəyan edirəm ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin azadlığı və qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti təmin olunmuşdur. Biz gələcəkdə də bu sahələrdə qanunvericiliyi təkmilləşdirmək və onun tətbiqi praktikasını yaxşılaşdırmaq niyyətindəyik…”

Hazırda, Strasburqda, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak edən hüquq müdafiəçisi Akif Qurbanov deyir ki, Azərbaycanın hələ də əməl etmədiyi öhdəlikləri qalır.

Akif Qurbanov
Akif Qurbanov

Onun sözlərinə görə, bura Seçki Məcəlləsinin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması, “Sərbəst toplaşmaq haqqında qanun”un Venesiya Komissiyasının tövsiyələrinə uyğunlaşdırılması, təşkilatlanma azadlığı ilə bağlı məhdudlaşdırıcı addımların atılması daxildir. Akif Qurbanov başqa öhdəlikləri də sadalayır:

“Vətəndaş cəmiyyəti qurumlarının qeydiyyatı, siyasi partiyalar haqqında qanunun Avropa standartlarına cavab verməməsi, siyasi partiyaların maliyyələşmə imkanlarının çox məhdud olması, müxtəlif tərəflərə bərabər imkanların tanınmaması, media azadlığı ilə bağlı durumun standartlardan kənar olması, defamasiya probleminin hələ də mövcud olması, alternativ hərbi xidmət haqqında qanunun tətbiq olunmaması…”

Akif Qurbanov əlavə edir ki, bununla belə, Avropa Şurası və Azərbaycan əməkdaşlığı davam edir və bu əməkdaşlıq faydalıdır.

Qurumun Parlament Assamblyeasının qış sessiyasında, həbsdəki bloqqer Mehman Hüseynovun məsələsinin müzakirəsi gözlənilirdi, amma bu baş tutmadı.

Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov AzadlıqRadiosuna deyib ki, buna səbəb, blogerlə bağlı açılmış ikinci cinayət işinə xitam verilməsi olub:

“Mehman məsələsini Avropa Parlamentində olduğu kimi ayrıca gündəmə gətirmək istəyirdilər. Amma alınmadı. Avropa Şurasında oturanlar da gördülər ki, demokratik cəmiyyətdə olan sivil yollardan istifadə edildi. İnsan Haqları Komitəsində dinləmələr oldu, məruzə etdim, məruzəçilər də bu addımı alqışladılar”.

Siyasi məhbus məsələsi açıq qalır

Qış sessiyasında iştirak edən hüquq müdafiəçisi Akif Qurbanov isə deyir ki, Mehman Hüseynovla bağlı dinləmə olmasa da, mövzu deputatların diqqətindədir:

“Buna baxmayaraq, Avropa yetkililəri prosesin nədən ibarət olduğunu çox gözəl anlayır, onlar Mehman Hüseynovla bağlı prosesin tam başa çatmasına birmənalı inanmış deyillər. Onlar Mehman Hüseynovun martda azadlığa buraxılmasını gözləyirlər”.

Akif Qurbanov deyirki, Avropa Şurasının gündəmində olan başqa bir məsələ ReAl partiyasının sədri İlqar Məmmədovla bağlı Ali Məhkəmənin nə qərar verəcəyidir. Onun sözlərinə görə, AŞPA üçün Azərbaycanda siyasi məhbus məsələsi aktual olaraq qalır.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olmadığını deyirlər.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrənib:

Avropa Şurasının Azərbaycana faydası nədir - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Azərbaycan Avropa Şurasına daxil olduqdan elə bir neçə il sonra isə demokratik azadlıqlar reytinqi aşağı düşüb. Beləki, məsələn, Freedom House beynəlxalq insan haqları təşkilatının hesabatlarında 2001-2003-cü illərdə Azərbaycan qismən azad ölkə kimi göstərilsə də, 2004-cü ildən indiyə qədər qeyri-azad ölkə sayılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG