Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:52

Azərbaycan atleti yarışlardan müvəqqəti kənarlaşdırılıb


Azərbaycan ağırlıqqaldıranı Hüseyn İsmayılov bütün yarışlardan müvəqqəti kənarlaşdırılıb.

Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası-nın (IWF) rəsmi saytında bildirilir.

Məlumata görə, buna səbəb kimi H.İsmayılovun dopinq-testinin müsbət nəticə verməsi göstərilir.

Saytın məlumatına görə, məsələ tam araşdırıldıqdan sonra müvafiq qərar açıqlanacaq.

Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən də deyiblər ki, onlar da prosesi izləyirlər:

“Amma bu indiki halda idmançıda dopinq aşkarlanması anlamına gəlməz. Bununla belə Federasiya olaraq özümüz də bu məsələni araşdırırıq, hər hansı nəticə olduqda bu barədə ictimaiyyəti məlumatlandıracağıq”.

Hüseyn İsmayilovun özünün isə, məsələyə münasibətini, hələlik, öyrənmək mümkün olmayıb.

H. İsmayılov 2017-ci ildə Albaniyanın Dürres şəhərində 20 və 23 yaşlı gənclər arasında Avropa çempionatında 94 kq çəki dərəcəsi üzrə bürünc medal qazanıb.

Xatırlatma

Azərbaycandan olan ağırlıqqaldıranlar bundan öncə də dopinq məsələsində “ilişib”lər.

2016-cı ildə Azərbaycanın 6 ağırlıqqaldıranını Beynəlxalq Ağırlıq Qaldırma Federasiyası dopinqə görə, yarışlardan diskvalifikasiya etmişdi.

Gənclər və İdman Nazirliyi həmin vaxt daim dopinqlə mübarizə apardığını, idmançıların bu istiqamətdə tez-tez maarifləndirdiyini qeyd edirdi. Həmin açıqlamada Azərbaycanda antidopinq üzrə qanun hazırlandığı, qanunda dopinqdən istifadəyə görə sərt cəzaların nəzərdə tutulacağı ifadə edilirdi.

Artıq, ölkə parlamenti də dopinqlə mübarizə qanunu qəbul edib.

XS
SM
MD
LG