Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:12

Azərbaycanda onkoloji xəstələrin sayı artır


Ağciyər xərçəngi infografika
Ağciyər xərçəngi infografika

“Bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin sayı artır. Ancaq xərçəng xəstəliklərinin sayının artması, demək olar, ölkə əhalisinin sayının artması ilə yanaşı gedir. Əhalinin sıxlığının çoxaldığı yerlərdə təkcə onkoloji xəstəliklərin deyil, həm də digər xəstəliklərin statistikası yüksələn xətt üzrə gedir”.

Bu sözləri Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli söyləyib.

O, Azərtac-a açıqlamasında deyib ki, qonşu ölkələrin statistik məlumatları ilə müqayisə olunsa, Azərbaycanda xərçəng xəstəliyinə tutulmuş insanların sayının bir o qədər də çox olmaması üzə çıxar.

Baş onkoloq ekoloji problemlərin, qida rejiminin, yeyinti məhsullarının keyfiyyətinin, şüalanma və radiasiya səviyyəsinin çoxalmasının onkoloji xəstələrin sayının artmasında əsas rol oynadığını bildirib.

A.Kərimli Azərbaycanda ən çox yayılan xərcəng xəstəliyi növlərini də açıqlayıb:

“Azərbaycanda qadınlar arasında çox vaxt süd vəzisi, kişilər arasında ağciyər, traxeya və bronxların xərçənginə təsadüf olunur. Bu xəstəliklərə çox vaxt yaşı 50-dən yuxarı olan insanlar tutulur. Amma daha gənc yaşlarda da bu xəstəliklərdən əziyyət çəkənlər var”.

Azərbaycanda onkoloji xəstələrin sayı ilə bağlı rəsmi statistika yoxdur.

Səhiyyə Nazirliyi rəsmilərinin son açıqlamalarına görə, Azərbaycanda insanların 11 faizi onkoloji xəstəliklərdən vəfat edirlər. Bu göstəricinin 2020-ci ilədək 15 faiz artması gözlənilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG