Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 10:01

Ermənistana qaçaqmalçılıqla Azərbaycan alması idxal edənlər tapılıb


Armenia -- Apples produced in Azerbaijan in Yerevan markets. 26April, 2017

Ermənistan bazarlarında aşkar edilən Azərbaycan almaları qeyri-qanuni yolla idxal olunub və hazırda bu əməldə iştirak edənlərə qarşı ölçülər götürülür. Ermənistanın Milli Təhlükəsizlik Xidməti belə bir məlumat yayıb.

Azadlıq radiosunun Erməni xidmətinin sualına cavabında MTX bildirib ki, Ermənistana qaçaqmalçılıq yolu ilə Azərbaycan almalarının gətirilməsində müvafiq strukturların rəsmi əməkdaşlarının əlinin olub-olmaması ehtimalını da araşdırır.

«Bu tədbirlər nəticəsində, qeyri-qanuni idxalı həyata keçirdiyi güman olunan şəxslər barədə məlumatlar əldə olunub. Hazırda bu şəxslərlə əlaqəsi olan digərləri barədə də araşdırma aparılır. İşin bütün təfərrüatlarını üzə çıxarmağa çalışırıq» - deyə Milli Təhlükəsizlik Xidməti bildirir.

XATIRLATMA

Ermənistan bazarlarında Azərbaycan almalarının satılması barədə məlumatlar bir neçə gün öncə sosial şəbəkələrdə ilkin olaraq yayılıb. Aprelin 23-dən başlayaraq Ermənistanın qida məhsullarının təhlükəsizliyi üzrə dövlət xidməti üç gün ölkə bazarlarında genişmiqyaslı yoxlamalar aparıb. Yoxlama zamanı Azərbaycanda yetişdirilmiş almaların satışı ilə bağlı bir sıra hallar aşkarlanıb. Bəlli olub ki, bu almalar həm paytaxt Yerevan və ölkənin, azı, beş vilayətinin iri və xırda bazarlarında, həm də meyvə-tərəvəz dükanlarında satılır.

Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycanla Ermənistan arasında iqtisadi və diplomatik əlaqələr yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG