Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:20

Buraxılış imtahaları keçirildi (YENİLƏNİR)


Bakıda imtahan. 14 iyul 2017
Bakıda imtahan. 14 iyul 2017

Bu gün, iyunun 21-də orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 64 mindən çox şagird buraxılış imtahanı veriblər.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, mərkəzləşdirilmiş qaydada təşkil olunan imtahanlar Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında keçirilib.

37 min 29 IX sinif şagirdi, 27 min 771 isə XI sinif şagirdi imtahanlardan keçib. 9-cu sinif şagirdlərinin imtahanı 1 saat 30, 11-ci sinif şagirdlərinin isə 2 saat 45 dəqiqə davam edib.

DİM bildirir ki, imtahanların idarə olunmasından ötrü operativ qərargah fəaliyyət göstərib.

İyunun 22-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələr yaxın günlərdə elan ediləcək.

***

Bu gün, iyunun 21-də Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında buraxılış siniflərində (9-cu və 11-ci sinif şagirdləri) təhsil alan şagirdlər buraxılış imtahanı verirlər.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, mərkəzləşdirilmiş imtahanlarda 64 min 800 şagird iştirak etməlidir. Onlardan 27 min 771-i 11-ci sinif şagirdləridir.

DİM bildirir ki, buraxılış imtahanlarının keçirilməsindan ötrü şagirdlərə ümumilikdə 160 bina ayrılıb.

Bakıda 32 min 652, Şirvanda 882, Naxçıvanda 3 min 495 9-cu sinif şagirdi imtahan verməlidir.

23 min 978 11-ci sinif şagirdinin də Bakıda, 776-sının Şirvanda, 3 mindən çoxunun isə Naxçıvanda biliyi yoxlanır.

İmtahanların idarə olunmasına, ümumilikdə 241 imtahan rəhbəri, 2 min 939 nəzarətçi-müəllim cəlb edildiyi açıqlanıb.

Məlumata görə, IX sinif şagirdlərinin imtahanı (II mərhələ) saat 10:00-da başlayıb və 1 saat 30 dəqiqə davam edib.

Məkrəzin bildirdiynə görə, XI sinif şagirdlərindən ötrü isə imtahan saat 15:00-da başlayacaq və 2 saat 45 dəqiqə davam edəcək,

XS
SM
MD
LG