Keçid linkləri

2025, 13 Dekabr, şənbə, Bakı vaxtı 21:40
Bakı suvenirlər
Bakı suvenirlər

AzadlıqLive - Azərbaycanda cəmi 30-40 misgər qalıb

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

20:34 4.1.2016

Bu günki AzadlıqLive-da:

Gömrükdə doğrudanmı rüşvət yığışdırılıb? Yalnız vergi və rüsum ödəmək lazımdır? - Bəzi sahibkarlar deyirlər, yanvarın 5-ni gözləyək

2016-2017-ci tədris ilindən ali məktəblərdə ödənişli əsaslarla olan plan yerlərinin ləğv edilməsi nəzərdə tutulub. Bu yaxşıdır ya pis?

Gözlə

No media source currently available

0:00 0:03:05 0:00
Direct-ə keçid

Rusiyada 86 min Türkiyə vətəndaşı yaşayır. Onların fikrincə, daha Rusiyada qalmağın mənası yoxdur

2016-cı ildə Qarabağ probleminin həllindən nə gözlənilir? 2015-ci ildə niyə bu problemin həlli kölgədə qaldı?

Gözlə

No media source currently available

0:00 0:05:09 0:00
Direct-ə keçid

12:44 5.1.2016

Azərbaycan özü dərman buraxacaq

Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılması üçün yaxın vaxtlarda danışıqlara başlanacaq.

Bunu Trend-ə müsahibəsində baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov deyib.

O bildirib ki, uzun müddət Azərbaycanda dərman istehsalı praktikası, bu sahənin mütəxəssisləri olmayıb. Buna görə də yeganə çıxış yolu korporasiya əsasında xarici ölkələrin dərman firmaları ilə əlaqələr quraraq müəssisə yaratmaqdır.

12:47 5.1.2016

İxtisar harda olacaq?

"Azadlıq" qəzeti cavab axtarır: «Devalvasiya ilə əlaqədar büdcədə hansı sahələr «qayçılanacaq?»

Qəzet yazır ki, ikinci devalvasiya büdcəyə yenidən baxılmasını zəruri edib: «Maraqlıdır, 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılsa, bu, hansı sahələri əhatə edəcək? «Qayçılanma» harada ola bilər? Bir-birini təkrarlayan strukturlar, komitələr, istintaq orqanları yenə də ixtisardan kənarda qalacaqmı?». Media icmalı

13:00 5.1.2016

Təzə "cihadçı John" hindli çıxdı?

Britaniyalı Konika Dhar İŞİD-in ən son edam videosundakı “yeni cihadçı John”un onun doğma qardaşı Siddhartha Dhar olduğuna heç cür inana bilmədiyini söyləyib.

Britaniya kəşfiyyatından sızdırıldığı düşünülən məlumata görə, İŞİD-in son təbliğat videosunda “5 Britaniya casusu”nu edam etdiyini bildirən maskalı şəxsin əsl adı Siddhartha Dhar ola bilər.

Davamı

XS
SM
MD
LG