Keçid linkləri

2025, 14 Noyabr, Cümə, Bakı vaxtı 09:53
Bakı suvenirlər
Bakı suvenirlər

AzadlıqLive - Azərbaycanda cəmi 30-40 misgər qalıb

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

16:34 4.1.2016

Messi ilk dəfə ən yaxşı pleymeyker seçildi

Messi ilk dəfə dünyanın ən yaxşı pleymeykeri hesab olunub. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2015-ci ilin ən güclü oyun qurucularının siyahısını açıqlayıb.

Qurumun dünya ölkələrində olan nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsasən, Argentina yığmasının və “Barselona” klubunun üzvü, dünyanın ən yaxşı oyunçusu kimi 4 dəfə Qızıl Top alan Lionel Messi karyerasında ilk dəfə ən yaxşı pleymeyker mükafatına sahib olub. O, 168 xal toplayıb.

İkinci pillədə “Barselona”nın digər futbolçusu Andres İnyesta qərarlaşıb. O, 91 xal toplayıb. “Yuventus”un sabiq üzvü, hazırda “Nyu York Siti”nin formasını geyinən Andrea Pirlo isə 54 xalla 3-cü olub.

Siyahıda sonrakı yerləri Eden Azar (“Çelsi”, 22 xal) və Kevin Debruyne (“Volfsburq” və “Mançester Siti”, 22 xal), Yaya Ture (“Mançester Siti”, 13), Toni Kroos və Luka Modriç (hər ikisi “Real”, 11), Xames Rodriges (“Real”, 10) və Xavyer Pastore (PSJ, 10) tutublar.

Sorğuda Azərbaycanı apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü olan Vüqar Xeyrullayev təmsil edib.

16:57 4.1.2016

Rusiyada yaşayan 86 min türk vətəndaşı

Rusiyada yaşayan 86 min Türkiyə vətəndaşının bir qismi Moskvanın qoyduğu embarqolar ucbatından Rusiyadan çıxır. Bəziləri isə hələ qalmağı düşünür.

Qayıtmaq qərarı verən 36 yaşlı Oğuz 8 il əvvəl Rusiyaya gedib. Deyir ki, hər şeyini yığıb Türkiyəyə gəlir: “Bir həftə içində iş üçün üç ayrı şəhərə gedəcəyəm. Artıq Rusiyada qalmağın bir mənası yoxdur”.

Oğuz indiyə qədər Rusiyada mağaza, otel idarəçiliyində işləyib: “Rusiyadakı iqtisadi böhranın bitməsini gözləyirdik ki, bu dəfə də təyyarə məsələsi çıxdı. Artıq burda qalmağın mənası yoxdur”.

18:18 4.1.2016

Azərbaycanlılar Türkiyədə 11 ayda 158 şirkət qurub

Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) bu ölkədə yaradılan xarici sərmayəli şirkətlərin statistikasına dair açıqladığı ən son məlumata görə, 2015-ci ilin 11 ayında Azərbaycan vətəndaşları və şirkətləri Türkiyənin müxtəlif bölgələrində 158 şirkət qurulmasında iştirak ediblər.

18:49 4.1.2016

Türkiyədə donuz qripindən 2 nəfər ölüb

Türkiyədə H1N1 virusundan - donuz qripindən 2 nəfər ölüb.

Yerli mətbuatın yazdığına görə ölümlər Adanada qeydə alınıb.

Səhiyyə nazirliyi məlumatı təsdiqləyib.

Davamı

XS
SM
MD
LG