Neft Fondu İtaliyada 97 milyon dollara əmlak alıb
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) İtaliyanın Milan şəhərinin tarixi biznes mərkəzində yerləşən və dəyəri 97 milyon avro təşkil edən «Palazzo Turati» ofis binasını almaq üçün razılıq əldə edib.
Fonddan AzadlıqRadiosuna daxil olan xəbərə görə, «Palazzo Turati» ofis binası ARDNF-nin İtaliyada həyata keçirdiyi ilk daşınmaz əmlak investisiyasıdır.
Bu günki AzadlıqLive-da:
Əfvdən tənqidi yazı yazan Oqtay Gülalıyevə Baş Prokurorluq xəbərdarlıq elədi. Hüquqşünas Xalid Ağaəliyev hesab edir ki, indi Gülalıyev prokurorluğu məhkəməyə də verə bilər
"Atlas" Araşdırmalar Mərkəzinin sorğusu hansı nəticələri üzə çıxartdı? Mərkəzin rəhbəri Elxan Şahinoğlu: "56 faiz deyir ki, 2016-cı ildə müharibə başlaya bilər"
Borca görə özünü yandıran vəfat etdi
Neftçala rayonunda özünü yandıran orta məktəb direktorunun müavini Alik Novruzov xəstəxanada dünyasını dəyişib.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Neftçala Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.
Xəstəxanadan bildirilib ki, A. Novruzov ağır yanıq xəsarətləri aldığından həkimlər onu xilas edə bilməyiblər.
Azərbaycanlıların müttəfiq hesab etdiyi 5 dövlət
“Atlas” Araşdırmalar Mərkəzi 2015-ci ilin sonunda “xarici siyasət və təhlükəsizlik” mövzusunda sorğu keçirib. Yanvarın 7-də sorğunun nəticələrini açıqlayan Mərkəzin rəhbəri Elxan Şahinoğlu AzadlıqRadiosuna müsahibəsində həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu ilin gözləntilərindən söz açıb.
– Elxan bəy, əvvəlcə sorğunun nəticələrinə nəzər salaq. 500 respondent arasında keçirilən sorğuda hansı suallar qoyulmuşdu və cavablar necə olub?
– Respondentlərdən soruşmuşduq ki, “Hansı dövlətlər Azərbaycanın müttəfiqidir?” Sorğuya cavab verən respondentlərin əksəriyyəti 5 dövlətin adını çəkiblər: Türkiyə, Pakistan, Gürcüstan, Səudiyyə Ərəbistanı və ABŞ. “Dağlıq Qarabağda müharibə başlayarsa, hansı dövlət Azərbaycana hərbi dəstək verəcək” sualına respondentlərin 82 faizi Türkiyənin adını çəkiblər, sonrakı yerlərdə Pakistan (10%) və Səudiyyə Ərəbistanı (8) gəlir.