Keçid linkləri

2025, 14 Dekabr, bazar, Bakı vaxtı 04:26
Bakı suvenirlər
Bakı suvenirlər

AzadlıqLive - Azərbaycanda cəmi 30-40 misgər qalıb

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

17:18 7.1.2016

İran Səudiyyə Ərəbistanını Yəməndəki səfirliyini qəsdən vurmaqda ittiham edib

İran dövlət televiziya kanallarının məlumatına görə, raket zərbəsi nəticəsində səfirliyin mühavizəçilərindən bir neçəsi yaralanıb.

İran xarici işlər nazirliyinin sözçüsü Hossein Jaber Ansari bildirib ki, səfirliyin binasına dəymiş ziyan və əməkdaşlarının yaralanmasına görə Səudiyyə Ərəbistanı cavabdehlik daşıyır.

Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi hərbi koalisiyanın sözçüsü Ahmed AsseriReutersə müsahibəsində İranın iddiasının araşdırılacağını deyib.

14:50 7.1.2016

Azərbaycanda siqaret niyə belə çox bahalanır?

Ötən il dekabrın 21-i Azərbaycanda devalvasiyanın ilk günü siqaretlərin qiyməti birdən-birə təqribən 50 faiz bahalaşdı. Üst-üstə Azərbaycanda siqaretlərin qiyməti son bir ildə 80 faizdən çox bahalaşıb. Bu vəziyyət ilk andaca insanda belə bir sual doğurur. Bəs görəsən, Azərbaycanda tütün istehsal edilmir?

Statistik rəqəmlər son dövrlər Azərbaycanda tütün istehsalının ildən-ilə azaldığını, bu sahədə idxalın artdığını göstərir. Üstəlik yerli siqaretlərin də istehsalı dayanmağa başlayıb.

14:18 7.1.2016

Kreditə görə özünü yandırdı

Neftçala rayon 4 saylı məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 63 yaşlı Alik Novruzov yanvarın 7-də özünü yandırıb. Buna səbəb onun kredit borclarını ödəyə bilməməsi olub.

İş yoldaşlarının AzadlıqRadiosuna verdiyi məlumata görə, hadisə məktəbin qazanxanasında baş verib. Onun köməyinə də məktəbin işçiləri gəlib. Alik Novruzov hazırda xəstəxanadadır.

«Biz sonradan bildik ki, onun banklara kreditləri olub. Bu haqda istintaqa ifadə verəndə bilmişik. Hazırda onun vəziyyəti kafidir», - məktəbin işçilərindən biri telefon söhbətində belə deyib.

13:20 7.1.2016

Baş Prokurorluq senzura ilə məşğuldur?

“Siyasi Məhbuslarsız Azərbaycan” qeyri-hökumət təşkilatının koordinatoru və Milli Şuranın üzvü Oqtay Gülalıyev yanvarın 6-da Baş Prokurorluğa çağrılıb.

İki saata yaxın dindirilən hüquq müdafiəçisi AzadlıqRadiosuna müsahibə verib:

- Oqtay bəy, Baş Prokurorluğa çağırılma səbəbi nədir?

- Çağırılmağımın səbəbi kimi bu yaxınlarda yazdığım və mediada dərc olunmuş “Bir körpənin göz yaşlarına dəyməyən əfv sərəncamı” məqaləsi idi. . Bu yazıyla bağlı məni dindirdilər.

Davamı

XS
SM
MD
LG