Çin yenə devalvasiya etməklə, nefti aşağı dartır
Yanvarın 7-də Çin yuanı bir daha devalvasiya etməklə investorlarda ticarət müharibəsi qorxusu yaradıb. Çinin səhm indeksləri bazar açılandan yarım saat ərzində 7 faizdən çox düşüb və bağlanıb.
Çin Xalq Bankı milli valyutanı ucuzlaşdırıb, bir dollar 6.5646 yuana bərabərləşib. Bu, bir gün öncəki məzənnədən 0.5 faiz az, 2011-ci ilin martından ən aşağı məzənnə, ötən avqustdan bəri isə ən böyük gündəlik düşüşdür. Yuan ilk dəfə avqustda 2 faiz devalvasiya edilib.
«Reuters» agentliyi yazır ki, hazırda bazarlar Pekinin yürütdüyü siyasət üzərində baş sındırırlar:
«Qeyri-müəyyənlik qorxusu yaxın perspektivdə renminbi (RMB-yuan bu adla da tanınır) üçün ən böyük riskə çevrilib», - Sinqapurda yerləşən OCBC korporasiyası bildirir.
"Neft hökuməti dəyişməlidir"
"Yeni Müsavat" yazır: «Prezident öz komandasını ciddi sınağa çəkib».
Deputat Zahid Oruc qəzetə bildirib ki, yeni durum ənənəvi neft hökumətinin dəyişilməsini tələb edir. Deputatın qənaətincə, hökumət yeniləşmə mövqeyindədir:
«Bizim yol» yazır: «Azərbaycanda unun bir kisəsi 5 manata satılmalıdır».
Unun və çörəyin qiymətində hazırkı bahalaşmanın iqtisadi əsası yoxdur. Bunu «Bizim Yol»a kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, dünya bazarında bu strateji məhsulun qiyməti sabit qaldığı halda, Azərbaycanda bahalanması inhisarçıların «xidmət»idir. Media icmalı
Bu günki AzadlıqLive-da:
"Bu gün elə gömrükdəydim, orda brokerlər də, inhisarçıların adamları da yoxdu, elə mülki adamlar da yoxuydu. Ancaq gömrük sisteminin işçiləridir." - Bunu deyən sahibkar Bədrəddin Quliyev iddia edir ki, bu söylədiklərini Gömrük Komitəsində gözüylə görüb. Adnı çəkmək istəməyən digər iş adamı isə gömrükdə dəyişiklik olacağına inanmır
Xarabalıqdan pul qazananlar- Son vaxtların söküntüləri həm şəhərin kənarında, həm də mərkəzdə çoxlu xarabalıqlar yaradıb. Ancaq uçulub dağılmış bu yerlərin də öz “sakinləri” var.
Maşın üçün ilkin tibbi yardım çantaları 2 dəfə bahalanıb. Heç bir əsas olmadan...
Küçədə "şirin pambıq" satanlar
İŞİD hava zərbələrindən necə salamat qala bilir?
"İŞİD" silahlıları hansısa şəhəri tutandan sonra gördükləri növbəti iş orada tunel qazmaqdır.
Yerin 10 metr dərinliyində qazılan tunellərin üni 1-2 metrdən çox olmur.
"Tunellər binaların arasında qazılır ki, təyyarələrin "gözündən yayınıb" başqa küçəyə keçə bilsinlər," - deyə Kathim izah edir. Onun sözlərinə görə, bəzi tunellərin uzunluğu 700, 800 metrə və hətta 1 kilometrə çatır.
Tunellər hava zərbələri zamanı çox vacib amildir. Əsgərlər artıq Ramadi küçələrinin altında yüksək rütbəli "İŞİD" komandirlərini də aşkar ediblər.
Əsgərlərdən biri CNN-ə deyib ki, tunellər bir-biri ilə kəsişir və onların içində hətta elektrik də var.