Keçid linkləri

2025, 15 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:05
Bakı suvenirlər
Bakı suvenirlər

AzadlıqLive - Azərbaycanda cəmi 30-40 misgər qalıb

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

20:42 5.1.2016

Bu günki AzadlıqLive-da:

Soyuqda həbsxanalar dədə-baba qaydasıyla isidilir, o da qaz olanda.Həbsdə olan Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqubli cəzaçəkmə müəssisələrinin qızdırılmasında ciddi problemlər olduğunu yazıb. Öz Facebook səhifəsində Nigar Yaqublu bildirib ki, atası ona soyuq baraklarda yatdığını, gün ərzində də isinmək üçün şərait olmadığını deyib.

İnsan haqları müdafiəçisi Oqtay Gülalıyev deyir ki, həbsxanalarda problem çoxdur

Gözlə

No media source currently available

0:00 0:01:41 0:00
Direct-ə keçid

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Sahib Məmmədov deyir ki, sovet dvründən qalma həbsxanaları söküb, yenidən tikmək lazımdır

Gözlə

No media source currently available

0:00 0:01:46 0:00
Direct-ə keçid

Nəvəsini bulvarda atraksiona aparan 68 yaşlı Qubalı baba deyir ki, "bu 2 degigelik atraksiona verdiyim 2 manatı qazanmağa 20 kilo alma satmışam".

Gözlə

No media source currently available

0:00 0:00:45 0:00
Direct-ə keçid

Bulvar İdarəsindən deyirlər ki, "bu bazar iqtisadiyyatıdır", iqtisadçı Məhəmməd Talıblı isə deyir ki, bazar iqtisadiyyatında xidmət özünün real dəyərinə uyğun olmalıdır

Gözlə

No media source currently available

0:00 0:00:45 0:00
Direct-ə keçid


18:26 5.1.2016

2 dəqiqəlik yelləncəyin qiyməti - 10 kilo alma

68 yaşlı qubalı baba Vəlixan Kərimov 6 yaşlı nəvəsi üçün Bakıda bulvardakı attraksionlardan birinə 2 manata bilet alır. İki dəqiqə tamam olur. Nəvə yelləncəkdən düşür. Baba “nə tez qurtardı, a bala, heç bir dəqiqə çəkmədi ki” deyə təəccüblənir. Uşaq isə babasını başqa attraksionlara tərəf dartır.

“Bu yelləncəyə 2 manat verdim, 2 dəqiqə fırlandı. Mən bu 2 manatı 10 kilo alma satıb qazanmışdım. İldə bir dəfə gəlirəm, uşağı gəzməyə çıxarım. Gücüm ancaq buna çatır”.

Vəlixan Kərimov deyir ki, bu mövsüm qapısından bağının almalarını kilosu 20 qəpikdən zorla sata bilib. İndi 2 dəqiqəyə 2 manat xərcləməsi babanı heyrətləndirmişdi.

17:06 5.1.2016

Mərkəzi Bank inflyasiya proqnozunu niyə açıqlamır?

İqtisadçı Vüqar Bayramovun fikrincə, MB-nin, bəlli ssenarilərə görə, məzənnə modelləri də olmalıdır:

“Manatın kursu onlara uyğunlaşdırılmalıdır. İnflyasiya proqnozunun elan edilməməsi manatın məzənnəsini proqnozlaşdırmaq baxımından da çətinlik və narahatlıq doğurur. Bu, yeni devalvasiya dalğalarını istisna etməmək deməkdir”.

15:26 5.1.2016

Mendeleyev cədvəlində 4 yeni element

Mendeleyev cədvəli kimi tanınan kimyəvi elementlər cədvəlinə 4 yeni element salınıb. Bu barədə Beynəlxalq Nəzəri və Tətbiqi Kimya Birliyi məlumat yayıb.

Bu elementlər bir neçə il öncə kəşf olunub, ancaq ekspertlər məlumatları dəqiqləşdirirdilər. 113, 115, 117 və 118 saylı elementlərin hələlik daimi adı yoxdur. Alimlər bu barədə daha sonra düşünəcəklər.

Davamı

XS
SM
MD
LG