Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:33

'Təhsil haqqına görə' soyğunçuluq və 7 il həbs...


Məhkəmə
Məhkəmə

«Həyat yoldaşımdan təhsil haqqını tələb edirdilər. Mən də verə bilmirdim. Ona görə bu yola əl atdım», – soyğunçuluqda suçlanan Azər Təhməzovun sözləridir.

30 yaşlı A.Təhməzov iyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. O, Bakıda Firəngiz Hüseynova, Sevda İsmayılova, Gülnaz İsayeva və Esmiralda Həsənova adlı dörd qadına qarşı soyğunçuluq etməkdə - onların telefonlarını, pulqabılarını və çantalarını əllərindən alıb qaçmaqda təqsirli bilinib.

Bakı-Sumqayıt istiqamətində hərəkət edən mikroavtobuslarda pulyığan işləmiş A.Təhməzov məhkəməyə ifadəsində etiraf edib ki, ittihamda göstərilən əməlləri törədib. Əməlinin səbəbini isə maddi baxımdan ehtiyac içində olmasıyla əsaslandırıb. Bildirib ki, həyat yoldaşı Aytac Musayeva Sumqayıt Dövlət Universitetində təhsil alır. O, illik təhsil haqqını ödəyə bilmirdi:

«Nə qayınatam, nə qayınanam, nə də həyat yoldaşım məni cinayət törətməyə təhrik edib. Universitet təhsil haqqını ödəməyi tələb edirdi. Başqa çıxış yolum olmadığına görə soyğunçuluq etmək haqda özüm qərar qəbul etmişəm».

A.Musayeva da məhkəmədə şahid kimi dindirilib. Bildirib ki, A.Təhməzovla 2015-ci ildə tanış olub, ailə qurublar:

«Ötən ilin yanvarında toyumuz oldu. Toydan sonra müxtəlif ünvanlarda kirayə yaşadıq. Dolanışığımız zəif olduğuna görə daim valideynlərim köməklik edirdilər».

A.Musayevanın sözlərinə görə, təhsil haqqını atası ödəyib.

A.Təhməzovun cinayət işindəki zərərçəkmişlərdən biri olan Firəngiz Hüseynova da tələbədir. O, məhkəmədə deyib ki, yaşadığı binanın blokuna daxil olanda A.Təhməzov onu bıçaqla hədələyib, «İphone 5» markalı telefonunu əlindən alıb.

Digər iki zərərçəkənin çantasını maşından apardığı, daha bir zərərçəkən qadın yolda gedəndə əlindəki pulqabını alıb qaçdığı bildirilir.

Amma məhkəmə belə nəticəyə gəlib ki, A.Təhməzov həmin pulları şəxsi ehtiyaclarına xərcləyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG