Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 22:49

Azərbaycanda kəndarası yollar nə vaxt düzələcək?


28 milyard manat xərcləndi - Yol problemi niyə bitmir?
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

28 milyard manat xərcləndi - Yol problemi niyə bitmir?

2016-cı ildən etibarən ölkə ərazisi üzrə bütün yolların tikintisi və yenidənqurması AzərAvtoYol Dövlət Agentliyinə verilib. Bu Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, 2017-ci ildə 52 layihə icra edilib. 2018-ci ildə isə 63 yol layihənin icrası nəzərdə tutulur:

"Magistiral yolların, respublika əhəmiyyətli yollara, son bir neçə ildə isə kəndlərarası yollara ciddi diqqət ayrılır. 2020-ci il də daxil olmaqla bütün magistral yolların beynəlxalq stadartlara uyğunlaşdırılması yekunlaşmalıdır. Bundan əlavə bütün kəndlərarası yolların asfalt-beton örtüklə yenilənməsi də nəzərdə tutulur. Bütün bu işlərə 2017-ci ildə 200 milyon manata yaxın vəsait ayrılıb, bu il də təqribən elə bu qədər vəsait ayrılması gözlənilir. Bu vəsaitə magistral, respublika əhəmiyyətli və kəndlərarası yolların salınması, yolların təmiri və saxlaması xərcləri də daxildir".

Anar Nəcəfli bildirir ki, ölkə ərazisindəki 20 min kilometr yolun yarıdan çoxu kəndlərarası yolların payına düşür. Onun sözlərinə görə, bəzi kəndarası yollar dağlıq ərazilərdə yerləşdiyindən bu yolların yenidən qurulması vaxt alır.

Azərbaycanda ötən 12 ildə, 2006-ci ildən indiyədək yolların, yol qovşaqlarının və körpülərin tikintisinə 28 milyard manat ayrılıb. Bu iqtisadçı Qubad İbadoğlunun hesablamalarıdır.

Qubad İbadoğlu deyir ki, korrupsiya, yeyinti ucbatından çəkilən yolların bir çoxu istifadə müddətindən əvvəl sıradan çıxıb:

"28 milyard manat vəsaitlə nəinki Azərbaycanda bir neçə min kilometr yol çəkmək olar, hətta bütün Azərbaycanı asfatlaşdırmaq da olar. Bu olduqca böyük bir məbləğdir. Amma bu vəsaitin böyük bir hissəsi şişirdilmiş layihələr vasitəsi ilə mənimsənilib. Ən yaxşı halda bu vəsaitin 30 faizinin xərclənməsindən söhbət gedə bilər. Yerdə qalan 70 faiz bu və ya digər formada korrupsiyaya uğrayıb".

Qubad İbadoğlu hesab edir ki, yol tikintisində həlli vacib olan ən önəmli məqamlardan biri də məhz şəffaflıq və hesabatlılıqdır.

AzərAvtoYol Dövlət Agentliyinin rəsmisi isə bütün gerçəkləşdirilmiş layihələrlə bağlı ətraflı məlumatların qurumun saytlarında yerləşdirildiyini bildirir. O korrupsiya və mənimsəmə barədəiddiaları da təkzib edir.

AzadlıqRadiosu bu mövzu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Yolların keyfiyyəti siz nə dərəcədə qane edir?
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Azərbaycanda yolların keyfiyyətini tez-tez müstəqil iqtisadçılar da tənqid edirlər. Adətən 30 il istismar müddətinə nəzərdə tutulan yolların qısa zamanda dağılması, milyardlarla vəsait ayrılsa da hələ də ölkədə yol probleminin həllini tapmaması əsas tənqid hədəfi olaraq qalır.

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun vəzifədən uzaqlaşdırılmasından və onun nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra yollarla bağlı bütün işlər AzərAvtoYol Dövlət Agentliyinə həvalə olunub. 2016-cı ildən etibarən kəndarası yolların tikintisi də bu agentlyin səlahiyyətinə verilib.

İndi hökumətin əsas hədəfi qarşıdakı 2-3 ildə yol problemini bütünlüklə həll etməkdir. Hökumətin bu iddialı planının nəylə nəticələnəcəyi isə yəqin elə qarşıdakı iki ildə bəlli olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG