Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 21:09

Ziyanla işləyən dövlət şirkəti AZAL kimləri varlandırır?


Iranda ana dili: Bakıdan kitab və müəllimlər göndərilə bilərmi?
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Iranda ana dili: Bakıdan kitab və müəllimlər göndərilə bilərmi?

Dövlət Statistika Komitəsinin hesabatından məlum olur ki, 2018-ci ili hava nəqliyyatında sərnişindaşıma zərərlə başa vurub.

Ölkədə bu sahədə çalışan əsas şirkətlər AZAL və onun nəzarətində olan Buta olduğuna görə, iqtisadi təhlilçilər belə nəticə çıxarır ki, bu şirkətlər 2018-ci ildə 208 milyon 233 min manat zərərə düşüb.

İqtisadi təhlilçi Toğrul Maşallı deyir ki, dövlət şirkətinin ziyanını dövlət büdcəsi ödəyir və ya ödəyəcək, amma bu haqda rəsmi məlumata rast gəlinmir.

Toğrul Maşallı hesab edir ki, borc ona görə yaranır ki, AZAL bir çox xidmətləri özəl şirkətlərdən baha alır.

“Ziyanla işləməsinin səbəblərindən biri budur ki, AZAL-ın xidmətləri çox bahadır. AZAL heç bir xidmət göstərmir, xidmətləri vasitəçilər vasitəsilə aparır. Məsələn, qida, təmizlik və sair xidmətləri. Bu xidmətləri Silkway və başqa şirkətlər həyata keçirir. AZAL-ın mənfəəti olmasa da, bu şirkətlərin mənfəəti var. Beləliklə, AZAL -ın zərəri formalaşır”.

AZAL və Silkway​-in qohumluğu

AZAL-a xidmət göstərən şirkətlər əsasən Silkway Holdinqə daxildir. Məsələn, AZAL-ın uçuşları vaxtı təyyarələrdə qida xidmətlərini "Sky Catering"şirkəti həyata keçirir. AZAL-ın satış agenti də Silkway holdinqə daxil olan “SW Travel" şirkətidir.

Bir neçə il əvvəl apardığımız jurnalist araşdırmasından məlum olmuşdu ki, Silkway holdinqə daxil olan banklardan biri - Silkwaybankın sahibləri arasında, AZAL-ın prezidenti Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyevə də var.

Toğrul Maşallı bildirir ki, bu baxımdan AZAL-a xidmət göstərən, Silkway holdinqə daxil olan şirkətlərin Əsgərovlar ailəsinə yaxın olmasını düşünmək olar.

Toğrul Maşallının sözlərinə görə, AZAL sonuncu dəfə 1998-ci ildə mənfəətə çıxıb, son 20 ildir ki, zərərlə çalışır. Onun sözlərinə görə, bir milyard manata yaxın dövriyyəsi olan dövlət şirkəti AZAL ictimaiyyətə heç bir hesabat təqdim etmir. Şirkət hesabatlarını yalnız və yalnız Böyük Britaniya reyestrində ən azı 2 il gecikmə ilə yerləşdirir. Bu il isə hansısa hesabat ümumiyyətlə yerləşdirməyib.

AZAL niyə ziyanla işləyir? Bu barədə şirkətlə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Sorğu göndərsək də gün ərzində sorğumuza cavab ala bilmədik.

İqtisadiyyat təhlilçisi Toğrul Maşallı deyir ki, AZAL-ın bir çox xidmətləri özəl şirkət hesabın baha gördürməsi və ziyanla işləməsi onun qiymət siyasətinə də təsir edir.

Belə ki, xərclər çox olduğu üçün qiymətlər də şişir. Onun fikrincə, Bakıdan uçuşların sayı Tbilisi aeroportu ilə müqayisədə azdır:

“Əslinə qalsa, antiinhisar qurumları çoxdan bu məsələ ilə maraqlanmalı idilər. Çünki AZAL həm aeroportun sahibidir, həm də avaidaşıyıcıdır. Aeroportun sahibi olduğu üçün digər şirkətləri də işləmək üçün dəvət edir. Hər hansı aviaşirkət Azərbaycana gəlməsi üçün AZAL-la razılaşmaya daxil olmalıdır. Aeroport isə AZAL-a məxsusdur. Burda artıq maraqların toqquşması baş verir və qeyri-bərabət üstünlüklərə nail olur. Bu isə problemdir, antiinhisar qurumları bununla məşğul olmalıdır, amma təəssüf olsun ki, məşğul olmur”.

Azərbaycanlılar Gürcüstandan uçurlar

Bakı sakini Asim Cəlilov deyir ki, o, bir çox uçuşlar üçün Gürcüstana gedir. Bu ölkədə həm az büdcəli-loukoster uçuşlar, həm də qeyri-loukoster uçuşlar üçün şirkətlərin sayı da, imkanları da daha çoxdur:

"Wizzair şirkətindən aldığım biletlə AZAL-ın qiymətləri arasında üç dəfə fərq var. Yəni, bu, böyük bir fərqdir. Mən özüm ucuz səyahət növünü seçirəm. Əlbəttə ki, AZAL loukoster deyil və Wizz air-in ucuz olması normaldır. Amma bəzən Bakıda qiymətlər daha çox olur. Çünki Bakıdan uçuşlar azdır. Lou kosterlər cəmi iki dənədir - Wizzair və Butadır, loukoster olmayan isə AZAL-dan başqa Türk Hava Yolları və başqa bir neçə şirkətdir".

Bu ilin fevralında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “xəbərlər.az” saytına deyib ki, hazırda AZAL-da 30-dan çox aviaşirkət uçuşlar həyata keçirir. Şirkət bu şirkətləri mütamadi olaraq dəvət edir, onlar həm Bakıdan, həm də regionlardan uçuşlar həyata keçirirlər.

AzadlıqRadiosu Bakı sakinlərinin fikirlərini öyrənib:

Təyyarə biletlərinin qiyməti sizi qane edirmi?
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Ümumilikdə yalnız, AZAL deyil, başqa dövlət şirkətlərinin də hesabatlılığı, barədə tez-tez tənqidlər səslənir.

Azərbaycanın beynəlxalq korrupsiya reytinqi aşağıdır, Beynəlxalq Şəffaflıq Təşkilatının 2018-ci il korrupsiyanı qavrama indeksinə görə Azərbaycan 180 ölkə arasında 152-ci yerdədir.

XS
SM
MD
LG