Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 03:39

Üç ildir ki, Hesablama Palatasının auditorları «Azərbaycan Hava Yolları» ASC-də ard-arda yoxlamalar aparır. Hələlik, ilkin nəticə budur ki, aviaşirkət dövlət vəsaitlərindən istifadədə açıq satınalmalara başlayıb.

Ötən həftə Hesablama Palatasının kollegiyası AZAL-ın maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı nəzarət tədbirlərinin nəticələrinə əsasən qərar qəbul edib. Qərarın icrasını təmin etmək məqsədilə «aidiyyəti dövlət qurumlarına təqdimatlar göndərilib». AzadlıqRadiosu milli aviaşirkətin fəaliyyətində hansı pozuntuların aşkarlandığı, onları aradan qaldırmaqdan ötrü nə kimi tövsiyələrin verildiyi haqda Hesablama Palatasına (HP) müraciət etsə də, sorğuya cavab almayıb. AZAL-ın mətbuat xidməti də sualları cavabsız qoyub və onları Palataya ünvanlamağı məsləhət görüb.

AZAL VERGİDƏN YAYINIRMIŞ

Əvvəlki illərdə HP AZAL-ın dövlət büdcəsinə vergi ödəmələri və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğunu yoxlayıb.

***Buna da bax-AZAL zərərdən çıxa bilmir, daha çox qazansa belə...

Palatanın illik hesabatında deyilir ki, «Azərbaycan Hava Yolları» QSC-də 2015-ci ildə aparılmış nəzarət tədbirinin nəticəsi olaraq 3.2 milyon manat, 2016-cı ildə isə 2 milyon 475 min manat məbləğində vəsait hesablanaraq dövlət büdcəsinə ödənilib.

HP-nin məlumatına görə, 2016-cı ildə AZAL vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə 28.8 milyon manat – 2015-ci ildəkindən 3 milyon manat az ödəyib. Hərçənd, bu dövrdə aviaşirkətin sərnişin daşımaları artıb. Aviaşirkətə dövlət büdcəsindən ödənilən subsidiyanın məbləği (10 milyon 10 min manat) bir ildə 10.3 faiz artıb.

AZAL-I KİM ZƏRƏRƏ SALIR

2016-cı ildə HP AZAL-ın aktivlərindən səmərəsiz istifadəyə işarə vuran açıqlama vermişdi. Qeyd olunurdu ki, aviaşirkətin hava gəmilərinə aviasiya xidmətləri və aeroport xidmətləri göstərən müəssisələrin aeroport ərazisində təqdim etdikləri xidmətlərin və işlərin qiymətləri ilbəil artır. Bu məsrəflər isə «ümumi gəlirdən çıxılan xərclərin əhəmiyyətli hissəsini» təşkil edir. Dolayısıyla, bu xərclər artdıqca, AZAL-ın mənfəəti düşür.

***Buna da bax-AZAL-ın qiymətlərini 'Silkway' bahalaşdırır [qısa araşdırma]

Bundan başqa, Palatanın auditorları onu da müəyyən etmişdilər ki, həmin təsərrüfat əməliyyatları dövlət aviaşirkətinin balansında olan aktivlərdən (torpaq sahələrindən, binalardan, tikintilərdən və qurğulardan) istifadə olunmaqla gerçəkləşsə də, qarşılıqlı hesablaşmalarda nəzərə alınmır.

Söhbətin hansı şirkətlərdən getdiyi söylənilməsə də, Bakı Hava Limanında və digər beynəlxalq aeroportlarda «Silk Way Holding» şirkətlər qrupunun aviasiya və aeroport xidmətlər üzrə eksklüziv hüquqlara sahib olduğu heç kəsə sirr deyil. Qeyd olunan nöqsanların aradan qaldırılması haqda dəqiq bilgi yoxdur.

EKSPERT: «KİMİ, NECƏ YOXLAMAĞI HP ÖZÜ QƏRAR VERİR»

İctimai vəsaitlərin idarə olunması üzrə ekspert Kənan Aslanlı deyir ki, Hesablama Palatası büdcə təşkilatlarında maliyyə ekspertizasını hər il əvvəlcədən Milli Məclisin rəyi ilə təsdiqlənən fəaliyyət planı əsasında, eləcə də daxil olan sorğular əsasında aparır. Milli qanunvericilikdə dövlət şirkətlərinin və digər təşkilatların hansı ardıcıllıqla və hansı meyarla yoxlanılması ilə bağlı müddəa isə yoxdur.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG