Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 15:30

AZAL-ın sərnişinləri ona zərər vururmuş...


►Sərnişinləri artdıqca, şirkətin zərərləri də şişir

Ötən ilin 9 ayına olan ilkin məlumata görə, sərnişindaşımalarla məşğul Azərbaycan aviaşirkətləri 240 milyon manat gəlir əldə edib.

Bu, bir il əvvəlin göstəricisindən 10 faiz çoxdur. Amma şirkətlərin xərcləri gəlirləri xeyli üstələyib.

Dövlət Statistika Komitəsindən (DSK) AzadlıqRadiosuna bildirilib ki, sərnişin daşınmasına çəkilən xərclər gəlirdən 35,1 milyon manat çox olub. 2015-ci ilin 3 rübü ərzində aviaşirkətlərin xərcləri 11,3 faiz artıb.

Zərərlə işləmənin səbəbləri açıqlanmır

Həmin şirkətlər zərərlə işləmələrinin səbəblərini açıqlamırlar. Qanunvericiliyin tələblərini pozan AZAL maliyyə hesabatını nə korporativ saytında, nə də KİV-də yerləşdirir.

2015-ci ilin yanvar-sentyabr aylarında yerli aviaşirkətlərin xidmətlərindən 1,5 milyon və ya əvvəlki ildən 4,3 faiz çox sərnişin yararlanıb. Hesablamalara görə, hər sərnişin şirkətlərə 23 manat 30 qəpik ziyan vurub.

2014-cü ildə Azərbaycan aviaşirkətlərinin zərərləri iki dəfə azalaraq 16 milyon manata enmişdi.

İmAir və TuranAir özəl aviaşirkətləri bağlanandan sonra bazarda yalnız iki yerli aviaşirkət (“Azərbaycan Hava Yolları” QSC və “SW Business Aviation” MMC) qalıb. İkinci şirkət, əsasən, kommersiya sifarişlərini yerinə yetirir.

Buna da bax: “Əliyev-Obama görüşündə siyasi məhbus məsələsi şərt kimi qoyulmalıdır"

AZAL itirir, “SW Holding” qazanır?

DSK məlumat verir ki, keçən ilin 9 ayında daşınmış 1,5 milyon sərnişinin 99,6 faizi AZAL-ın təyyarələrində uçub. Rəsmi statistika Bakı, Naxçıvan və ölkənin digər beynəlxalq hava limanlarından xarici aviaşirkətlərin daşıdığı sərnişinlərin sayını açıqlamır.

Maraqlıdır ki, “SW Business Aviation” MMC-nin də daxil olduğu “SW Holding”in iki yükdaşıma şirkəti (Silk Way Airlines və Silk Way West) qeyd olunan dövrdə 388,5 milyon manat gəlir əldə edib və xərclər nəzərə alınmaqla 61,6 milyon manat mənfəət götürüb.

Yerli şirkətlər, başlıca olaraq, xarici hava limanları arasında 91 min ton və ya 2014-cü ilin yanvar-sentyabr aylarındakından 5 faiz çox yük daşıyıb.

Elan olunan ucuzlaşmadan sonra təyyarə biletlərinin qiymətindən razısınızmı?
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

XS
SM
MD
LG