Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:56

Zərifə Həmzəyeva Bank Silk Way-də payını artırıb


"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın "Bank Silk Way"dəki payı 69,7 faizdən 84,5 faizə yüksəlib.

Bankın yarım illik hesabatından belə məlum olur.

Turan xəbər verir ki, "VIP Aviasiya Xidmətləri Şirkəti" MMC-nin "Bank Silk Way"dəki payı 30 faizdən 15,2 faizədək azalıb.

"Bank Silk Way"in maliyyə durumuna gəlincə, hesabata görə, ilin əvvəlindən bankın aktivləri 26% artıb. İyulun əvvəlində aktivlər 585 milyon manata çatıb.

Xatırlatma

Əvvəlcə “Azalbank” “Silkwaybank” adlandırılıb. 2008-ci ilin yanvarından AZAL Səhmdar Kommersiya bankının adı “Bank Silk Way”ASC kimi dəyişdirilib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sənədlərində “Silkwaybank”ı 3 təsisçinin yaratdığı göstərilir. Təsisçilərdən biri hüquqi şəxsdir: “Silk Way Airlines” şirkətidir. Bankın digər 2 sahibinin adları isə belədir: Arzu İlham qızı Əliyeva və Zərifə Kamil qızı Həmzəyeva.

Hazırda bu şirkətin bankın səhmdarı olmadığı deyilir. Yerdə qalan səhmlərin Arzu İlham qızı Əliyevaya və Zərifə Kamil qızı Həmzəyevaya məxsus olduğu bildirilir.

Azərbaycanda bankların böyük bir qisminə hakimiyyət rəsmilərinin ailə üzvlərinin və yaxınlarının himayədarlıq etdiyi deyilir.

XS
SM
MD
LG