Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

AZAL Almatı şəhərinə reysləri ləğv edib


"Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti (QSC)" (AZAL) Almatı şəhərinə reysləri ləğv edir.

Bu barədə bugün, yanvarın 5-də AZAL-ın mətbuat xidmətinin məlumatında bildirilib. Məlumatda qeyd edilib ki, bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib:

“Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq”.

Bakı-Almatı üzrə reysləri aviaşirkət həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirirdi.

İki gün öncə, yanvarın 3-də Qazaxıstanda maye qazın qiymətinin artırılması etirazlara səbəb olub.

Etirazların nətcəsi kimi hökumət istafaya göndərilib.

Üstəlik, Təhlükəsizlik Şurasının sədri, uzun müddət ölkəyə rəhbərlik etən Nursultan Nazarbayevin də (keçmiş prezident) vəzifədən kənarlaşdırıldığı açıqlanıb, onun heykəlləri aşırdılıb. Etirazların , hələ də səngimədiyi bildirilir.

Son məlumata görə etirazçılar Almatı hava limanını tutublar.

XS
SM
MD
LG