Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 22:05

Düz 2 il əvvəl hakimiyyət AzadlıqRadiosuna hücuma keçdi... [video]


Hakimiyyət AzadliqRadiosuna qarşı yeni üsul seçib
Gözlə

No media source currently available

0:00 0:14:18 0:00

Hakimiyyət AzadliqRadiosuna qarşı yeni üsul seçib [video]

AzadlıqRadiosu-nun Azərbaycan xidmətinin rəhbəri İlkin Məmmədov: "Azadlıq Radiosu azad media olmayan ölkələrdə insanlara cəmiyyətdə baş verənlər haqda düzgün məlumat çatdırır. Nə qədər ki, Azərbaycanda demokratik cəmiyyət olmayacaq AzadlıqRadiosu öz işini davam etdirəcək".

AzadlıqRadiosu bir neçə saata necə qapadıldı?

Düz iki il əvvəl - 2014-cü il, dekabrın 26-da AzadlıqRadiosu-nun Bakı bürosu qapadıldı. Büroda axtarış aparıldı, radionun əməkdaşları sorğu-sual edildi.

Buan da mütləq bax: Azərbaycan hakimiyyəti AzadlıqRadiosu-na qarşı [canlı]

AzadlıqRadiosu-nun Azərbaycan xidmətinin rəhbəri İlkin Məmmədov axtarış üçün məhz dekabrın 26-nın seçilməsini təsadüfi saymır. Deyir ki, dekabrın sonu, yanvarın ilk günləri ABŞ-da və Avropa ölkələrində Milad bayramına görə dövlət qurumlarının əksər işçiləri istirahətdə olur. Onun sözlərinə görə, axtarışdan 2 il ötsə də radioya qarşı başlanan cinayət işinin istintaqından hələ də səs-soraq yoxdur:

AzadlıqRadiosu-nun ofisində axtarış aparılan zaman... 26dek2014
AzadlıqRadiosu-nun ofisində axtarış aparılan zaman... 26dek2014

"Bir-iki həftənin içərisində Vergilər Nazirliyinin aralıq aktı adlanan sənəd tərtib etdilər və həmin sənəd əsasında əməkdaşımız Xədicə İsmayılovaya qarşı 4 maddə üzrə ittiham irəli sürüldü. Sonradan bu maddələrdən 3-ü üzrə Xədicə İsmayılova bəraət alaraq azadlığa buraxıldı. Radioya qarşı cinayət işində isə bir yenilik yoxdur. İki ildir açıq qalıb. AzadlıqRadiosu-nun ofisində keçirilmiş reydlə bağlı iddialara isə yerli məhkəmələr baxmaqdan imtina edir. Son olaraq Ali Məhkəmə dekabrın 14-də iddianı rədd edib. İndi bununla bağlı Avropa Məhkəməsində müraciət edəcəyik".

Buna da bax:​ AzadlıqRadiosu-nun şikayəti təmin olunmadı [yenilənib]

İSTİNTAQ NİYƏ YUBANIR?

Baş Prokurorluğun Mətbuat xidmətinin son məlumatında radioya qarşı cinayət işinin istintaqının yubanması əməkdaşlarının ölkə xaricində olması və dindirilə bilməməsi ilə əsaslandırılır.

AzadlıqRadiosu-nun hüquqi nümayəndəsi Adil İsmayılovsa bildirir ki, radioya qarşı başlanmış cinayət işinin heç bir hüquqi əsası yoxdur. Əvvəla, Vergilər Nazirliyi AzadlıqRadiosu-na mənfəət vergisi hesablayıb. Halbuki AzadlıqRadiosu qeyri-kommersiya təşkilatıdır və heç bir mənfəətdən söhbət gedə bilməz. Adil İsmayılov radionun lisenziyasız fəaliyyəti, əməkdaşların akkreditasiyadan keçməməsi, əməkdaşlarla əmək müqaviləsi əvəzinə mülki - xidməti müqavilənin bağlanması ilə bağlı ittihamları da qəbul etmir:

"Çünki vergi aktı tərtib olunan vaxt və aktın əhatə etdiyi dövr ərzində ümumiyyətlə Azərbaycanda akkreditasiya qaydaları olmayıb. Xarici İşlər Nazirliyi akkreditasiya qaydalarını 2015-ci ildə qəbul edib. Yəni, qaydalar olmaya-olmaya necə akkreditasiyadan keçmək olardı. Bu gülünc səslənir. İkinci məqam işçilərlə bağlanmış müqavilələrlə bağlıdır. Biz hesab edirik ki, işçilərlə əmək, yoxsa, mülki müqavilənin bağlanması radio və əməkdaşlıq etdiyi tərəfin seçimidir. Ona görə də bu hissəni də qanunsuz hesab edirik. Digər məsələ lisenziya ilə bağlıdır. Milli teleradio şurası lisenziyanın ləğv olunması haqda qərarını dekabrın 31-də qəbul edib. Həmin qərarda da yazılır ki, dekabrın 31-dən sonra müddət uzadılmasın. Yəni, bu qərara qədər radionun lisenziyasız fəaliyyət göstərməsi haqda ittiham da tamamilə absurddur".

Buna da bax:​ Azadlıq Radiosunun və 'Amerikanın səsi'nin saytları bloklanıb?

AzadlıqRadiosu-nda axtarış aparılır. 26dek2014
AzadlıqRadiosu-nda axtarış aparılır. 26dek2014

YENİ ÜSUL: SAYTLAR BLOKLANIR

AzadlıqRadiosu öz haqlarını beynəlxalq hüquq müstəvisində qoruyacağını bəyan edir. Amma radionun işinə əngəllər hələ də davam edir. Ofisi qapadılan radionun saytı da bloklanır. Azərbaycanda saytı açmaqda tez-tez problemlər yaranır. Müxtəlif əngəllərə baxmayaraq, Azadlıq Radiosu öz işini davam etdirir. Radionun Azərbaycan xidmətinin rəhbəri İlkin Məmmədov deyir ki, hakimiyyət son zamanlarda yeni üsul seçib. Radionun saytına ölkə daxilində giriş bloklanır:

"Çox istəməzdik ki, belə olsun. Amma yeni ildən etibarən Çində, İranda və digər ölkələrdə olan internet texnologiyalarından istifadə etməklə xəbərləri Azərbaycandakı oxucularımıza, dinləyicilərimizə və tamaşaçılarımıza çatdırmağa çalışacağıq. AzadlıqRadiosu-na çox hücum edə bilərlər. 60 ildən çoxdur yol gələn AzadlıqRadiosu belə hücumları çox görüb. Stalini də görüb, sovet diktaturasını da, xaosu da görüb. Amma işini dayandırmayıb. Bundan sonra da dayandırmayacaq. Azadlıq Radiosu azad media olmayan ölkələrdə insanlara cəmiyyətdə baş verənlər haqda düzgün məlumat çatdırır. Nə qədər ki, Azərbaycanda demokratik cəmiyyət olmayacaq Azadlıq Radiosu öz işini davam etdirəcək".

Buna da bax:​ AzadlıqRadiosunun iddiası üzrə icraat dayandırılıb

Bakı sakinlərindən də soruşmuşuq ki, AzadlıqRadiosu sizin üçün nə deməkdir?

AzadlıqRadiosu haqda Bakı sakinlərinin fikirləri
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

2008-ci ildə Azərbaycanda AzadlıqRadiosu ilə yanaşı, Amerikanın səsi və BBC radiolarının FM-də yayımı dayandırılıb. Bundan sonra AzadlıqRadiosu internet üzərindən yayıma xüsusi diqqət yetirib.

Hazırda radionun Facebook-da yarım milyona yaxın, Youtube portalında isə 100 mindən çox izləyicisi var. Radio öz televiziya proqramını Türksat-da və internetdə yayır.

XS
SM
MD
LG