Keçid linkləri

2025, 30 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:54

AzadlıqLive- Azərbaycanın borc reytinqi "zibil" səviyyəsinə düşdü

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

15:46 25.1.2016

Aqramunt Qarabağ problemini qaldırdı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk plenar iclasında qurumun yeni sədri Pedro Aqramunt seçilib. O bu vəzifədə görəcəyi işlərdən, assambleyanın prioritetlərindən, Avropada və dünyada baş verən əsas hadisələrdən, mövcud problemlərin həllindən danışıb.

AŞPA sədri Avropa Şurasına üzv ölkələrdə həll edilməmiş münaqişələrin vəziyyətinə də toxunub: “Bizim təşkilatımız daxilində bir neçə ölkədə münaqişələr hələ də həll edilməyib. “Dondurulmuş” adlandırdığımız münaqişələr mövcuddur. Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Dnestryanı bölgədəki münaqişə, eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb. Bu münaqişələrin həll edilməməsi ümumilikdə Avropanın təhlükəsizliyi üçün təhdid təşkil edir”

16:59 25.1.2016

Dollardan "Allaha güvənirik" şüarını yığışdırmaq istəyirlər

"İn God We Trust" (Allaha inanırıq, güvənirik ) ABŞ-ın bu rəsmi dövlət şüarını dollar əskinasından yığışdırmağı təklif edirlər. Ohayo ştatından bir qrup ateist məhkəməyə rəsmi müraciət edib. Onların nümayəndəsi Michael Newdow deyib ki, "Allaha güvənirik" ifadəsi ABŞ Konstitusiyasını pozur, çünki Ali Qanuna görə din dövlətdən ayrıdır.

Məhkəmə iddianı təmin etsə, dollardan "In God We Trust" götürüləcək.

Bu məlumatı World Religion News verir.

18:35 25.1.2016

SOCAR neftinin maya dəyəri 20 dollardır

"Report" SOCAR-a istinadən xəbər verir ki, şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov İsveçrənin SRF telekanalına müsahibəsində deyib: ""Sirr deyil ki, biz nefti quruda və dənizdə hasil edirik. Neft hasilatının maya dəyəri də fərqlidir. Quruda köhnəlmiş yataqlardan nefti hasil etmək, əlbəttə, dənizdə olan yeni yataqlardakı hasilatdan daha çox xərc tələb edir. Beləliklə, neftin hasilatı bizə orta hesabla 20 dollara başa gəlir".

19:37 25.1.2016

Tələbə təqaüdləri artırıldı

Azərbaycan prezidenti İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, prezidentin “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” 30 avqust 2013-cü il tarixli sərəncamı ilə müəyyən edilmiş təqaüdlərin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb.

Davamı

XS
SM
MD
LG