Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

AzadlıqRadiosu Rumın və Bolqar xidmətlərini yenidən açır


Buxarestdə bu ilin iyununda keçirilmiş antikorrupsiya aksiyası
Buxarestdə bu ilin iyununda keçirilmiş antikorrupsiya aksiyası

AzadlıqRadiosu bu ölkələrdə bir vaxt əldə edilmiş demokratik dəyərlərdən geriçəkilmələr, habelə qanunun və ədliyyənin aliliyi prinsipləri üzərinə hücumlardan artan narahatlıqlarla əlaqədar Rumıniya və Bolqarıstana qayıtdığını bəyan edib.

ABŞ Konqresi tərəfindən maliyyələşdirilən radiostansiya Rumıniya və Bolqarıstan üçün xəbər xidmətlərini dekabr ayında açmağı planlaşdırır.

AzadlqıRadiosunun prezidenti Thomas Kentin 18 iyul tarixli mətbuat açqılamasında deyilir ki, o bu qərarın sözü gedən ölkələrdə azad mətbuatın yüksəlişinə, demoktaik dəyər və təsisatların inkişafına təkan verəcəyinə ümid edir.

Hər iki ölkə Avropa İttifaqı və NATO üzvləridir.

AzadlıqRadiosunun mətbuat açıqlamasında habelə deyilir ki, bu ölkələrdə “hökumət rəsmiləri, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlər dezinformasiya, korrupsiya və sosial parçalanmanın siyasi sistemləri sarsıtmasından narahatlıq ifadə ediblər”.

Rumıniya və Bolqarıstan 2007-ci ildən Avropa İttifaqına üzv olsa da, blokun ən korrupsiyalı ölkələri hesab olunurlar.

Bu yaxınlarda Rumıniyanın baş antikorrupsiya prokurorunun Konstitusiya Məhkəməsi tərəfindən vəzifəsindən uzaqlaşdırılması rumınların kütləvi hiddətinə səbəb olmuş, minlərlə etirazçı ölkə şəhərlərinin küçələrinə çıxmışdı. Sözü gedən prokurorun apardığı təhqiqat indiki və keçmiş rəsmilərə qarşı ittihamların irəli sürülməsi ilə nəticələnmişdi.

AzadlıqRadiosunun mətbuat açıqlamasında bildirilir ki, bolqar və rumın dillərində multimedia xəbərləri və təhlillərinin verilməsi dekabr ayında başlanacaq, radio ictimai cvabdehliyin təbliği və saxta xəbərlərin qarşısının alınması üçün yerli media təsisatları ilə layihələr əsasında əməkdaşlıq edəcək.

AzadlıqRadiosu Bolqar xidmətini 2004, Rumın xidmətini isə 2008-ci ildə bağlamışdı.

Soyuq müharibə illərində bir çox rumın və bolqar AzadlıqRadiosunun verilişlərini maraqla dinləyərdi. Həmin illərdə bu ölkələrdə AzadlıqRadiosunu dinləmək cinayət əməli sayılırdı.

XS
SM
MD
LG