Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:52

AzadlıqRadiosunun iddiası mümkünsüz sayıldı


Məhkəmə AzadlıqRadiosunun iddiasını mümkünsüz saydı
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

Məhkəmə AzadlıqRadiosunun iddiasını mümkünsüz saydı

►Azadlıq Radiosu Vergilər Nazirliyinin aktı ilə razılaşmır

"RFE/RL Inc." şirkətinin (Azad Avropa/Azadlıq radioları) Azərbaycan nümayəndəliyinin Vergilər Nazirliyinə qarşı iddia tələbi mümkünsüz sayılıb.

İyunun 29-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Şərafət Məmmədova bu barədə qərar çıxarıb.

Söhbət 2015-ci ilin yanvarından 2016-cı ilin martınadək AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyində aparılan yoxlama nəticəsində vergi orqanının tərtib etdiyi "Akt"ın ləğvi və həmin "Akt" əsasında çıxarılan qərarın etibarsız sayılmasına dair iddiadan gedir.

Bu iş üzrə məhkəmənin iyunun 23-də keçirilən hazırlıq iclasında hakim radionun nümayəndəsi, vəkil Adil İsmayılova etibarnamənin dəqiqləşdirilməsi (konkret olaraq, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış etmək səlahiyyətinin verilməsinə dair qeyd) üçün vaxt vermişdi.

Bu gün Adil İsmayılov tələb olunan formada etibarnaməni məhkəməyə təqdim edib.

Bundan sonra hakim bildirib ki, Adil İsmayılov iddia ərizəsini imzalayıb məhkəməyə təqdim edərkən onun belə bir səlahiyyəti olmayıb.

____________________________________________________________

Bunlara da bax:
Valyuta ehtiyatları 12 milyard azalıb
Türkiyənin turizm sektoruna 15 milyardlıq zərbə

____________________________________________________________

Adil İsmayılov
Adil İsmayılov

“NÜMAYƏNDƏLİYİN RƏHBƏRİ HESAB OLUNURAM”

Lakin Adil İsmayılov hakimin dediklərilə razılaşmayıb:

"Məhkəməyə bundan əvvəl də təqdim etdiyim etibarnamədə göstərilib ki, radionun Azərbaycan nümayəndəliyinin bütün səlahiyyətləri mənə verilib. Həmin etibarnamə əsasında, faktiki, nümayəndəliyin rəhbəri mən hesab olunuram və belə bir səlahiyyətim də var. Vergi orqanı da məni nümayəndə kimi qəbul edir və bu, sənədlərdə də öz əksini tapıb".

İş üzrə cavabdeh Vergilər Nazirliyinin nümayəndəsi Arzu Hüseynov qarşı tərəfin nümayəndəsinin səlahiyyətlərinin müəyyənləşdirilməsi məsələsini məhkəmənin səlahiyyətinə buraxıb.

Hakim Şərafət Məmmədova qısa müşavirədən sonra iddia tələbinin mümkünsüz sayıldığını elan edib.

Xatırladaq ki, vergi orqanı yoxlamaların nəticəsi olaraq tərtib edilən "Akt"da AzadlıqRadiosunun üzərinə 131 min 540 manat cərimə ödəmək öhdəliyi qoyulub.

"Akt"da radionun mənfəət vergisi ödəməməsi qanun pozuntusu kimi qiymətləndirilib.

Vergilər Nazirliyi AzadliqRadiosunu qeyri-kommersiya qurumu kimi qiymətləndirmir və onun mənfəət əldə etdiyini iddia edir. Məsələ ilə bağlı ABŞ-la Azərbaycan arasında qüvvədə olan vergi konvensiyasına əsasən, ABŞ Maliyyə Nazirliyi tərəfindən təqdim olunan arayışları və dövlətlərarası müqaviləni tanımaqdan imtina edir.

AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyi isə bu barədə deyilənlərlə razılaşmır.

AzadlıqRadiosunun Bakı bürosu 2014-cü ilin dekabrında qapadılıb. Bundan öncə isə radionun araşdırmaçı jurnalisti Xədicə İsmayıl həbs olunub.

Bütün ittihamları rədd edən jurnalist bu il mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrum etmə cəzası ilə sərbəst buraxılıb. Jurnalist həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyir.

Buna da bax: Hakim Xədicə İsmayıl barədə qərarı dəyişmədi

Hakim Xədicə İsmayıl barədə qərarı dəyişmədi
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 29 iyun

İqtisadçıların gözündən yayınmayan "unikal" Azərbaycan reallığı
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

İsraillə sazişdən sonra terror təsadüfdir?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG