Keçid linkləri

2018, 22 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 12:50

2017-ci ildə AzadlıqRadiosu üzərinə ‘amansız təzyiqlər’ edilib


Rusiyada hökumətyönlü fəallar AzadlıqRadiosu Moskva ofisinin qarşısında etiraz aksiyası keçirirlər (Foto arxivdəndir)

Azad Avropa/AzadlıqRadiosunun dekabrın 20-də yaydığı mətbuat məlumatında deyilir ki, bu təşkilatın jurnalistləri 2017-ci il ərzində fəaliyyət göstərdikləri ölkələrin azı 12-də baş vermiş 38 insidentdə hədəfləniblər.

AzadlıqRadiosu bunu özünün jurnalist missiyası üzərinə “amansız təzyiq” adlandırıb.

Bu barədə AzadlıqRadiosunun prezidenti Thomas Kent deyib: “Biz istər hökumətlərin, istərsə də qeyri-dövlət fiqurlarının mediaya nəzarət etmək istədikləri məkanlarda yerli siyasətlər, sosial məsələlər, korrupsiya, müharibələr və ekstremist hərəkatlar barədə materiallar hazırlayırıq. Bizim müxbirlərimiz böyük riskə girirlər, çünki gördükləri işin və azad cəmiyyətlərə azad mətbuatın lazımlığına inanırlar”.

AzadlıqRadiosunun prezidenti Thomas Kent həmkarların və onların ailə üzvlərinin dərhal azadlığa buraxılmasına çağırıb
AzadlıqRadiosunun prezidenti Thomas Kent həmkarların və onların ailə üzvlərinin dərhal azadlığa buraxılmasına çağırıb

AzadlıqRadiosu ilə bağlı insidentlərin əvvəlki illərlə müqayisədə artması Jurnalistləri Müdafiə Komitəsinin (Committee to Protect Journalists - CPJ) son hesabatı ilə üst-üstə düşür.

CPJ-in hesabatında deyilir ki, 2017-ci ildə dünya üzrə rekord sayda jurnalistin məhbus edilməsi “qlobal mətbuat azadlığı böhranının göstəricisidir”.

AzadlıqRadiosunun müxbirləri Azərbaycan, İran, Rusiya, Özbəkistan, Qazaxıstan, Pakistan, Ukrayna, Türkmənistan və Qırğızıstan da daxil, CPJ-nin jurnalistlərin məhbus edilməsini sənədləşdirdiyi bir çox ölkələrdə işləyirlər.

Belə halların ən ciddilərindən biri də AzadlıqRadiosunun ştatdankənar müxbiri Mykola Semenanın 2 il yarım müddətinə şərti azadlıqdan məhrum edilməsidir. Ona qarşı Rusiyanın ilhaq etdiyi Krımda “separatçılıq” ittihamları irəli sürülüb.

Dekabrın 18-də yarımadanın ali məhkəməsi Semenanın məhkumluğunu və onun barəsində hökmüqüvvədə saxlamaqla, onun ictimai fəaliyyətinə qoyulmuş qadağanın müddətini 3 ildən iki ilədək azaldıb.

Blogger Stanislav Aseyev Ukraynada Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarətində olan ərazidə faktiki olaraq ətraf mühitlə heç bir təmasına imkan verilmədən saxlanır.

Başqa bir ştatdankənar müxbir Saparmamed Nepeskuliyev Türkmənistanda üç illik həbsxana cəzası çəkir. AzadlıqRadiosunun Praqada yaşayan müxbirinin qardaşı Aziz Yusupov Özbəkistanda beş il müddətinə azadlıqdan məhrum edilib.

AzadlıqRadiosunun prezidenti Thomas Kent həmkarların və onların ailə üzvlərinin dərhal azadlığa buraxılmasına və fəaliyyətlərinin davam etdirilməsi üçün imkan yaradılmasına çağırıb.

Cənab Kent deyib ki, beynəlxalq insan haqları təşkilatları sözü gedən bütün hallarda jurnalistlərin məhkumluğunun siyasi motivli olduğu barədə nəticəyə gəlib.

Bu il ərzində sənədləşdirilımiş əksər insidentlər zamanı AzadlıqRadiosunun müxbirləri hakimiyyət tərəfindən saxlanmış və dindirilmiş, habelə onlara hüquq-mühafizə orqanlarının əməkdaşları və ya mülki geyimli xəfiyyələr tərəfindən xəbərdarlıqlar edilmişdir.

AzadlıqRadiosunun Ukraynada təhqiqatla məşğul olan müxbirləri bir neçə halda saxlanıb, onların avadanlığı müsadirə edilib və ya sındırılıb.

Pakistanda müxbirlər silahlı qruplaşmalar, cinayətkar dəstələr və hakimiyyətin təhlükəsizlik xidməti tərəfindən qaralanmış, hədələnmiş və oğurlanmışlar.

Belarusda, Rusiyanın Tatarıstan regionunda və Tacikistanda işləyən jurnalistlər qısnanıb və akkreditasiyaları ləğv olunub.

Current Time TV-nin və AzadlıqRadiosunun İran, Özbək, Türkmən, Azərbaycan və Rus xidmətlərində çalışan əməkdaşların ailə üzvləri hədələniblər.

2017-ci ildə internet hücumları da AzadlıqRadiosu jurnalistlərinin təhlükəsizliyinə hədə yaradıb.

Rusiyanın dekabrın 5-də AzadlıqRadiosunu və ona bağlı bir neçə xəbər xidmətlərini “xarici agent” elan etməsinin AzadlıqRadiosu jurnalistləri üçün mümkün nəticələri hələlik tam aydın deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG