Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 14:55

'Azadlıq' qəzetinin müxbirinə cinayət işi açıldığı bildirilir


Bakıda polis, arxiv foto
Bakıda polis, arxiv foto

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, "Azadlıq" qəzetinin müxbiri Təzəxan Mirəmliyə Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi açıldığı deyilir.

Bu barədə AzadlıqRadiosuna T. Mirəmlinin özü məlumat verib. Müxbirin sözlərinə görə, ona qarşı cinayət işi özünü videobloqer kimi təqdim edən Ata Abdullayevin verdiyi şikayəti əsasında açılıb:

"Fevralın 26-da AXCP Xocalı abidəsini ziyarət edən zaman A.Abdullayev söyüş söyürdü və mən ona yaxınlaşaraq xəbərdarlıq etdim, o isə polisə guya onu vurmuşam kimi şikayət edib".

T. Mirələmli bildirib ki, hadisədən sonra onu Xətai Rayon 37-ci Polis Bölməsinə dəvət edib izahat alıblar:

"Fevralın axırı idi çağıranda izahat verdim, dedilər ekspertiza keçiriləcək. Sonra isə polisdən heç bir xəbər çıxmadı. Mən özüm işlə maraqlanmaq üçün bir dəfə polis bölməsinə getdim, dedilər tədqiqatçı məzuniyyətdədir. Bundan sonra isə heç bir məlumat ala bilmirdim".

Təzəxan Mirələmli, 9 iyul 2012
Təzəxan Mirələmli, 9 iyul 2012

Müxbir əlavə edib ki, məsələilə bağlı sosial şəbəkələrdən məlumat alıb:

"Ata Abdullayev mənə qarşı cinayət işin başlaması ilə bağlı qərarı öz səhifəsində paylaşdı. Orada yazılıb ki, cinayət işi Xətai Rayon Polis İdarəsi tərəfindən martın 11-də açılıb. Ora dəfələrlə zəng vursam da, telefonu götürən olmayıb və mənim evimə heç bir kağız gəlməyib".

T. Mirələmli bəhs edilən yazıda yer alan detallara da münasibət bildirib: "Orada deyilir ki, mən Abdullayevin sifət nahiyəsinə vuraraq ona çənə nahiyəsinin sıyrığı və qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişəm. Qəti razı deyiləm. Mən onu vurmamışam".

Məsələ ilə bağlı Ata Abdullayev “ Turan” agentliyinə bildirib ki, fevralın 26-da Təzəxan Mirələmli peşə fəaliyyətinə mane olaraq ona hücum çəkib:

"Mən hüquqi müstəvidə Mirələmli ilə mübarizə aparacam, öz hüquqlarımı qoruyacam. Qoy qanun pozan insanlara bir daha dərs olsun. Qanunlara və adamın peşə fəaliyyətinə hörmət etmək lazımdır. Təzəxan Mirələmli peşə fəaliyyəti ilə məşğul olan şəxsə hücum çəkəndə bilmirdi ki, bir gün məhkəmə qarşısında cavab verəcək? Mən hüquq-mühafizə orqanlarına işin obyektiv baxıldığına görə minnətdaram. Dəfələrlə şikayətlər göndərdim və düşünürdüm ki, bu prosesdə soyuqluq var, amma yanıldım. Hazırda araşdırma davam edir və inanıram ki, tez bir zamanda Mirələmli məhkəmə qarşısına çıxarılaraq azadlıqdan məhrum olunacaq".

Ata Abdullayev, Milan,20 noyabr 2019
Ata Abdullayev, Milan,20 noyabr 2019

Ata Abdullayev çıxışlarında müxalifəti sərt ifadələrlə tənqid, hakimiyyəti isə müdafiə etməsi ilə seçilir.

Onların dediklərinə, hələlik, Daxili İşlər Nazirliyi və Xətai Rayon Polis İdarəsindən münasibət öyrənmək mümkün olmayıb.

Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə şəxsə 1 iləkimi həbs cəzası verilə bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG