Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:14

‘Azadlıq’ qəzetini böhrana salmağın tərkib hissəsi


Azadlıq qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev
Azadlıq qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev

Maliyyə çətinlikləri ucbatından «Azadlıq» qəzetinin avqustun 28-də çıxmalı olan bazar sayı nəşr edilməyib. Bu haqda qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev AzadlıqRadiosu-na deyib.

Onun sözlərinə görə, qəzetin bazar sayları «Azərbaycan» nəşriyyatında deyil, başqa nəşriyyatda çap olunur. Qəzetin də «Azərbaycan» nəşriyyatı kimi, adını çəkmədiyi digər nəşriyyata da borcu var və ödəniş edə bilmədiklərindən qəzetin çapı mümkün olmayıb.

Buna da bax: Pensiyası yubanan təqaüdçü: Formula-1 keçirdilər...

– Bugünkü sayımız (30 avqust, çərşənbə axşamı sayı – red.) çıxsa da, problemlər olduğu kimi qalır.

Azadlıq qəzeti: «Azərbaycan» nəşriyyatına 20 min manatdan artıq borcumuz var...

– Amma bu o deməkdirmi, bazar günləri qəzet çap olunmaya bilər?

– Vəsait tapılmasa, bazar nömrələri çap edilməyəcək. Son günlər baş verənlər vəziyyəti daha da gərginləşdirib. Əvvəldən xeyli borcumuz vardı. Borcların ödənilməsində problemlər olduğundan yaxın günlərdə «Qəzetin fəaliyyətini davam etdirməsi mümkün olacaqmı» sualına cavab vermək çox çətindir.

Buna da bax: İsa Sadıqov: «Yeyintini ört-basdır eləmək istəyə bilərlər»

– Nəşriyyata borcunuz nə qədərdir?

– «Azərbaycan» nəşriyyatına 20 min manatdan artıq borcumuz var. Çox təəssüflər olsun ki, qəzetin satış imkanları həddən artıq məhdudlaşdırılıb. Bir neçə il qabaq əl yayımı, daha sonra metroda satış qadağan edilib. «Qasid» firması 69 min manat borcumuzu ödəmir. Bu, vəziyyəti daha da gərginləşdirib.

Buna da bax: Ən azı 4 milyarda başa gələn Avropa Oyunları

– «Qasid»i məhkəməyə vermişdiniz?

– Yox, biz məsələni başqa şəkildə həll etmək istəyirdik. Yəqin yaxın günlərdə başqa addımlar atılacaq. Əslində «Qasid» məsələsi qəzeti ağır maliyyə böhranına salmaq planının tərkib hissəsi idi.

Buna da bax: YAP icra katibi: 'Şah İsmayıl Xətai 14 yaşında dövlət başına keçib'

– Rahim bəy, dediniz ki, son günlər baş verənlər vəziyyəti daha da gərginləşdirib. Nəyi nəzərdə tuturdunuz?

– Vəziyyət onsuz da gərginləşmə istiqamətində gedir. «Nəşriyyat» hələ iyun ayında bizə xəbərdarlıq etmişdi. Onda müəyyən məbləğ ödəyə bilsək də, son vaxtlar bu mümkün olmadı. Etiraf etmək lazımdır ki, yay aylarında satış düşür. İkinci devalvasiya da çox ağır zərbə vurub bizə. Bu müddətdə kağızın qiyməti 60 faizdən, çap xərci 30 faizdən çox bahalaşıb. Gəlirlə xərclər arasında kifayət qədər ciddi fərq yaranıb. Bu da vəziyyəti gərginləşdirir.

Buna da bax: Mehman Əliyev: «Azərbaycan mediası qurduğumuz və istədiyimiz prinsiplərdən xeyli uzaqdır»

– Bu gedişlə «Azadlıq» çapını dayandıra, sayt kimi işini davam etdirə bilərmi?

– Vallah optimizm üçün elə böyük əsas yoxdur.

Buna da bax: İlham Əliyevə növbəti dəfə «Jurnalistlərin dostu» mükafatı verildi

«Azadlıq» qəzeti 1989-cu il dekabrın 24-dən çap olunur. Əsasən hakimiyyəti sərt tənqid etməsiylə tanınan qəzet bir neçə dəfə bağlanmaq təhlükəsiylə üzləşib. Qəzet əməkdaşları «Qasid» firmasının qarşısında etiraz aksiyaları da keçiriblər. Firma rəhbərliyi mətbuata açıqlamasında borcu təsdiqləmişdi, onu hissə-hissə ödəyəcəyini deyirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG