Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 16:17
Davos
Davos

AzadlıqLive - İlham Əliyev: "manata əlavə dəstək olmayacaq"

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

13:51 22.1.2016

Keçən il 267 əcnəbiyə vətəndaşlıq verilib

2015-ci ildə Azərbaycan prezidentinin sərəncamları ilə 267 şəxs vətəndaşlığa qəbul, 9 nəfər isə bərpa edilib.

Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin 2015-ci ilin yekunlarına həsr olunmuş xidməti müşavirəsində Xidmətin rəisi Firudin Nəbiyev deyib.

Ötən il Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 105 mindən çox müraciət daxil olub - F.Nəbiyev bildirib.

13:45 22.1.2016

Dollar təkcə MB-dən və Neft Fondundan gəlir

İlham Əliyevin "Manata əlavə dəstək olmayacaq" fikrini İqtisadçı ekspert Vüqar Bayramov belə dəyərləndirir: «Bu açıqlama manatın «üzən məzənnə» siyasətinə keçməsi və bundan sonra milli valyuta məzənnəsini daha çox bazarın müəyyənləşdirməsi ilə bağlıdır. MB son ilyarım boyunca bazara 12 milyard dollardan çox valyuta çıxarıb və xarici valyuta ehtiyatını kəskin azaldıb. Bunu nəzərə alsaq, deməli, hökumət müdaxiləni ən aza endirməyə çalışır».

Ekspertin fikrincə, hökumət müdaxiləsinin mərhələli azalması xarici amillərin manata təzyiqini artıra bilər: «Hələlik, dollarlaşma prosesi başa çatmayıb və xarici valyutaya yüksək tələb qalmaqdadır. Dollardan qurtulma prosesi baş vermədiyindən bazarın özündən dollar təklifi olduqca azdır. Təklif yenə də MB-dən və Dövlət Neft Fondundan gəlir».

Vüqar Bayramovun qənaətincə, MB müdaxiləni kəssə, manat yenidən dəyərsizləşə bilər: «Axı MB bazarda yenə aparıcı oyunçudur və dollara təklifin ödənməsində onun payı hələ yüksəkdir. Dollarlaşma prosesi başa çatınca MB müdaxiləsinin sürməsi manatın mövcud məzənnəsini qoruyub saxlamaq üçün vacibdir».

13:09 22.1.2016

Neftin qiyməti harda dayanacaq?

Səudiyyə israr edir ki, hasilatı yalnız bir halda ixtisar edə bilər: “bu yükü Rusiya və başqa qeyri-OPEC ölkələri də paylaşmağa razı olsunlar”.

“Biz başqalarına yol açmaq üçün hasilatı azaltmaq fikrində deyilik – dünyanın ən böyük neft şirkəti Aramco-nun prezidenti Khalid al-Falih belə deyir- Əgər başqa istehsalçılar əməkdaşlıq etsələr, Səudiyyə də əməkdaşlıq edəcək. Lakin Səudiyyə bu rolu üzərinə təkbaşına götürməyəcək…”

12:44 22.1.2016

İlham Əliyev: "manata əlavə dəstək olmayacaq"

«Neftin qiymətinin azalmasına baxmayaraq, biz milli valyutamızı dəstəkləmək üçün əlavə tədbirlər görməyəcəyik».

APA xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bunu «RIA «Novosti» agentliyinə açıqlamasında deyib.

Prezident bildirib ki, manatın məzənnəsi ilə bağlı onlar əllərindən gələni ediblər: «Bundan artığını gələcəkdə hökumət etməyəcək. Neftin ucuzlaşması davam edərsə, manat bundan əziyyət çəkməyəcək. Manatın hazırkı məzənnəsi ədalətlidir və öz yerini tapıb».

Davamı

XS
SM
MD
LG