Kürdəxanıda dustaq saxlamağa yer yoxdur
...Vəkil Əshabəli Mustafayev deyir ki, məhkəmə hökmü olmadığı halda dustaqların köçürülməsini istintaq təcridxanasında yer olmaması ilə əsaslandırıblar: «Ədliyyə Nazirliyi və istintaq təcridxanası ilə telefonla danışdım. Deyirlər ki, dustaqları saxlamağa yer çatışmır, ona görə də cəzaçəkmə müəssisəsinə göndəririk."
Novruza Yerevana gələn iranlılar
İranda yaşayanlar Novruzu fərqli məkanlarda qeyd edirlər. Bayramı qeyd etmək üçün qonşu ölkələrə üz tutanlar da az deyil. AzadlıqRadiosunun erməni xidməti bildirir ki, martın sonlarında paytaxt Yerevana xeyli iranlı turist gəlib.
Brüssel dərsləri. Telefona qulaq asılsın?
«The Times» : " ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBI) San- Bernardino hücumunu törətmiş silahlının «iPhone»nu oxuya bilsəydi, çoxları rahat nəfəs alardı. Hətta «Apple» şirkəti əməkdaşlıqdan boyun qaçırsa da. Sadəcə, çoxları istəyir ki, təhlükəsizlik qüvvələri Syed Farook kimi qatillərin kimlə danışdığını öyrənsin. «Apple»ın bu məsələdə qəti mövqeyi isə dünənə -Brüssel hücumları törədilənədək haqlı görünə bilərdi". Media icmalı
Çexiyada "Kreml təbliğatına" qarşı təşviqat
Çexiyada kolleclərdə dərslərdən biri də "Kreml təbliğatı"ının təhlükəsi adlanır. Dərsdə müəllim tələbələrə çexiya mediasında dərc olunan materialları bir araya toplayıb, təhlil etmələri üçün tələbələrə verir.