Belarus təmsilçisi Eurovision-a çılpaq çıxacaq
Eurovision 2016 mahnı müsabiqəsinə Belarus təmsilçisi İVAN (Aleksandr İvanov) tamam çılpaq və iki canavarla çıxmaq fikrindədir. Bunu LifeNewsxəbər verir. Müğənninin prodüseri Drobysh deyib ki, "ancaq bunun üçün xüsusi icazə lazımdır və hazırda müsabiqənin İsveç təşkilatçıları ilə qızğın danışıqlar gedir."
Gürcüstan prezidenti Novruzda Marneulidə
Martın 21-də Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və baş nazir Georgi Kvirikaşvili Novruz bayramı münasibəti ilə azərbaycanlıların yaşadığı Marneuliyə gəliblər.
Son ildə Rusiyada prezident Putinə etibar edənlərin sayı azalıb
Bu barədə “Dojd” televiziya kanalı “Levada mərkəzi” nin araşdırmalarına istinadla məlumat yayıb. Hazırda rəyi soruşulanların 21 faizi ona tam inanır , halbu ki, bu bir il əvvəl 26 faiz idi.
Bu günki AzadlıqLive-da:
Barack Obamanın tarixi Kuba səfəri
Bakıda Novruz şənliyi. Bakı sakini deyir ki, problemlərdən bir-iki saatlığa qaçıb-gəlib
İranlı azərbaycanlı isə deyir ki, hər il Novruzda Bakıya gəlir
Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasını niyə yubadır?
Hüquqşünas Erkin Qədirli deyir ki, icra etməməyə hüquqi əsas axtarılır
Ukraynalı pilot Savchenkoyaya hökm oxunur