Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:55

Rusiya Azad Rusiya Fondunu 'arzuolunmaz' elan edir


Rusiyanın Ədliyyə Nazirliyi Azad Rusiya Fondunu (Free Russia Foundation) “arzuolunmaz təşkilat” kateqoriyasına daxil edib. Bu, Vaşintonda mənzillənmiş təşkilatın Rusiya filialının bağlanması ilə nəticələnə bilər.

Nazirlik iyunun 28-də bildirib ki, fondu 2015-ci ildə qəbul olunmuş qanuna müvafiq olaraq “arzuolunmaz vahidlər” reyestrinə daxil edir.

Nazirliyin rəsmisi Andrei Chumakov bu barədə məlumatı Interfax agentliyinə versə də, məsələnin təfərrüatlarını açıqlamayıb.

2015-ci ildə prezident Vladimir Putin tərəfindən imzalanmış qanun prokurorlara Rusiyanın milli maraqlarına zidd olan təşkilatları bağlamaq səlahiyyəti verir.

Rusiya qanunları xaricdən maliyyələşdirilən bütün təşkilatların “xarici agent” kimi qeydiyyatdan keçməsini tələb edir.

Bu qanun Qərb hökumətləri, habelə yeganə gəlir mənbəyi xarici və şəxsi fondlar olan təşkilatlar tərəfindən kəskin tənqid olunur.

Hələlik Ədliyyə Nazirliyinin bu qərarının təşkilatın işini və Rusiyadakı fəaliyyətini necə təsirləndirəcəyi bəlli deyil.

Bu barədə açıqlamasında Azad Rusiya Fondu bildirib ki, adının reyestrə daxil edilməsinə baxmayaraq fəaliyyətini davam etdirəcək:

"Biz demokratiya və insan haqlarını dəyərləndirənlərin arasında “arzulonunıq” və biz bilirik ki, digər 15 təşkilatla bir dəstədə xeyir işlər görürük. Biz Rusiyanın avtorirat ölkə olaraq qalmasını istəyənlərin təsnifatından narahat deyilik”.

Azad Rusiya Fondu Rusiyadan qaçmağa məcbur edilmiş bir qrup dissident tərəfindən təsis edilib. Təşkilatın sədri dövlət katibinin keçmiş müavini David Kramerdir.

Fond bu yaxınlarda Rusiyanın illərdir öz tənqidçilərini hədəfləmək və özünə qarşı sanksiyaları dəf etmək üçün Qərbin təsisatlarından sui-istifadəsinə dair hesabat hazırlayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG