Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:52

AzTV sədrindən etiraf


Arif Alışanov
Arif Alışanov

"Prezidentin göstərişindən sonra kənd təsərrüfatıyla məşğul oldum"

AzTV-nin rəhbəri Arif Alışanov və qızı Nigar onları öldürməyə cəhddə və milyonlarını ələ keçirməkdə suçlanan şəxslərin məhkəməsinə dəfələrlə çağrılsalar da, gəlməkdən imtina ediblər.

Onlar Bakı Ağır Cinayətlər Məhkəməsinə teleqram göndəriblər. İyulun 4-də məhkəmədə bu işi araşdıran hakim Əfqan Hacıyev teleqramı elan edib.

Arif Alışanov və qızı bildirirlər ki, məhkəməyə gəlməyəcəklər, istintaqa verdikləri ifadələrini də təsdiqləyirlər.

Bu cinayət işində əsas təqsirləndirilən, Alışanov və yaxınlarına qarşı sui-qəsdi təşkil etməkdə, AzTV sədrinin Şamaxıda torpaq sahələri almaqdan ötrü verdiyi 6 milyon manata yaxın pulu ələ keçirməkdə suçlanan Şücaət Əkbərov da, vəkili də buna etiraz edir.

Vəkil İmanqulu Həsənov deyib ki, Alışanov və qızı iştirak etməsə, məhkəmə davam edə bilməz. Müdafiəçi onların istintaqa ifadələrinin elan olunmasına etiraz etsə də, hakim əhəmiyyət verməyib.

AzTV rəhbəri ifadəsində bildirir ki...

AzTV rəhbəri ifadəsində bildirir ki, prezidentin kənd təsərrüfatı və heyvandarlığın inkişafı barədə göstərişlərindən sonra bu sahə ilə məşğul olmaq qərarına gəlib. Qohumlarıyla birləşib, pul qoyublar, Şamaxıda pay torpaqlar almaq istəyiblər. Şamaxıda tanıdığı Şücaət Əkbərov ona torpaq tapmaqda vasitəçilik edib.

Alışanov etiraf edib ki, Şücaətin tapdığı torpaq sahələrinin pulunu özü versə də, sürücüsü Hacı Babayevin adına alıblar.

AzTV sədrinin bacısıoğlu Dəyanət Cəfərov və sürücüsü Hacı Babayevlə birlikdə Şamaxı səfərlərinin birində onların maşınına "Niva"nın çırpılmasından, təsadüf nəticəsində uçuruma yuvarlanmamalarından danışıb. O həmçinin iddia edib ki, Şücaət Əkbərov torpaq alqı-satqısı məsələsində onu aldadıb, 5 milyon manatdan çox pulunu ələ keçirib.

Şücaət Əkbərovun vəkili isə deyir ki, Alışanovun istintaqa ifadəsində sadaladığı yüzlərlə torpaq sahələri hazırda onun özünün və yaxınlarının mülkiyyətindədir: "Bunu təsdiqləyən notarial alqı-satqı müqavilələri var. Biz dövlət notariusuna yox, Alışanovun ifadəsinə inanmalıyıq?".

Məhkəmə iyulun 6-da davam edəcək.

XS
SM
MD
LG