Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

'Azəriqaz' deputat oğluna 10 min 30 manatlıq iddia qaldırıb


Deputat Madər Musayev
Deputat Madər Musayev

Deputat Madər Musayevin oğlu Famil Musayev 10 min 30 manat ödəməlidir?

“Azəriqaz” İstehsalat Birliyi deputat Madər Musayevin oğlu Famil Musayevə qarşı 10 min 30 manatlıq iddia qaldırıb. Famil Musayev təbii qazdan qanunsuz istifadədə günahlandırılır.

İyulun 16-da 1 saylı Bakı-İnzibati İqtisad Məhkəməsində “Azəriqaz”ın deputat oğluna qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

“Azəriqaz”ın iddiasında bildirilir ki, Famil Musayevə təbii qazdan qanunsuz istifadəyə görə 10 min manat borc hesablanıb. Cavabdehdən tələb olunan məbləğin 10 min manatı həmin məbləğdir.

Bundan başqa, “Azəriqaz” məhkəməyə müraciətdən ötrü ödədiyi 30 manatlıq rüsumu da Famil Musayevin ödəməsini istəyir. Bu da iddia tələbində yer alıb.

Məhkəmə iclasının vaxtı barədə “Azəriqaz”la Famil Musayevə bildiriş göndərilsə də, heç biri məhkəməyə gəlməyib. Üstəlik, məhkəməyə onların iştirakı olmadan işə baxılması barədə ərizə də göndərilməyib. Nəticədə, hakim Səbinə Nuriyeva iddianın baxılmamış saxlanması barədə qərardad çıxarıb.

Madər Musayev 1995-ci ildən Milli Məclisin üzvüdür. O, beş dəfə eyni dairədən - Binəqədi Üçüncü Seçki Dairəsindən deputat olub.

XS
SM
MD
LG