Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:22

Azərbaycanlılar niyə yenə də Azərbaycan sərhədində qalıblar?


Dağıstanda yenə gərginlik: Rusiyanı tərk edən miqrantlar Azərbaycana girə bilmirlər
Gözlə

No media source currently available

0:00 0:14:49 0:00

Dağıstanda yenə gərginlik: Rusiyanı tərk edən miqrantlar Azərbaycana girə bilmirlər

Rusiyadan ölkəsinə qayıtmaq istəyən Azərbaycan vətəndaşları Dağıstanda qaldıqlarını, sərhədi keçə bilmədiklərini deyirlər

Rusiyadan ölkəsinə qayıtmaq istəyən Azərbaycan vətəndaşları Dağıstanda qaldıqlarını, sərhədi keçə bilmədiklərini deyirlər.

AzadlıqRadiosuna danışan azərbaycanlılar bildiriblər ki, səhrəd yaxınlığında, Dağıstandakı keçmiş uşaq istirahət düşərgəsində yerləşdiriliblər. Orada bir otaqda onlarla adam qalır. Heç bir şərait yoxdur:

“Nə su var. Nə normal yemək verirlər. Deyirik bizi buraxın gedək vətənimizə bizə deyirlər ki, Azərbaycan tərəfi ancaq 50 nəfər qəbul edə bilir. Azərbaycan bizi qəbul eləmək istəmirsə, bizə desinlər. Başımıza bir çarə qılaq”.

Azərbaycanlılar yenə Dağıstanda qalıb, sərhəddən Azərbaycana buraxılmırlar
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

Aprelin 16-da Rusiyanın Daxili İşlər Nazirliyi ölkədə qeyri-qanuni yaşayan miqrantların iyunun 15-dək ölkəni tərk etmələri ilə bağlı bəyanat verib.

Bu tarixədək sənədlərini qaydasında olmayan miqrantlar Rusiya qanunvericiliyinə əsasən 5min rubl, təxminən 115 manat cərimələndikdən sonra, onların statusunun leqallaşdırılması aparılacaq.

Nazirlik susur, səfirlik tövsiyə edir

Dağıstanda tikintidə çalışan Pərvin Kərimli deyir ki, onun sənədləri qaydasında olmadığı üçün azərbaycana qayıtmaq məcburiyyyətində qalıb. O deyir ki, indi sərhəddə qalanların çoxu da eyni səbəbdən geri qayıtmaq istəyir və buna görə də sərhəddə sıxlıq yaranıb.

Təkcə onların yerləşdirildikləri uşaq düşərgəsində 200-dən çox azərbaycanlı sərhədi keçməyini gözləyir.

“Baxın azyaşlı uşaqlara, qocalara qadınlara. Qalmışıq burda, bu vəziyyətdə”.

Hələlik Azərbaycanın Xarici İşlər Nazirliyindən bu vətəndaşların şikayətləri ilə bağlı suallarımıza cavab ala bilməmişik.

Azərbaycanın Rusiyadakı səfirliyi isə vətəndaşlarına, iyunun 15-dək öz sənədlərini qaydasına salmaq üçün aidiyyəti üzrə müraciət etməyi tövsiyə edir.

Qayıdanlar işsizliyi artıracaq

Müxalif ReAl partiyasının icra katibi Natiq Cəfərli deyir ki, Rusiyada sənədləri qaydasında olmayan azərbaycanlıların geri qayıdışı ölkədə işsizlik səviyyəsini daha da artıracaq:

“Minlərlə adamın geri qayıtması ölkədə iş bazarına təsir edəcək, işsizliyin səviyyəsini daha da atıracaq. Hətta rəsmi rəqəmlərdə indi işsizlik səviyyəsi 5 faizdən 7 faizə artıb. Bu qədər adamın geri dönüşü gərginliyi daha da artıracaq”.

Natiq Cəfərli hesab edir ki, hökumət buna hazır olmalı, yeni iş yerləri yaratmalı, kiçik və orta sahibkarlığı dəstəkləməlidir ki, sosial gərginlik artmasın.

Azərbaycan hökuməti hər il yeni iş yerlərinin yaradıldığını, işsizlik problemi ilə mübarizə apardığını bəyan etsə də, hökumətin təndiqçiləri vətəndaşların iş üçün qonşu ölkələrə üz tutmaq məcburiyyətində qaldıqlarını deyirlər.

Dağıstanda sərhədi keçə bilməyənlərsə deyirlər ki, iyunun 15-nə kimi qoyulan vaxt daraldıqca, sərhəddə gözləyənlərin sayı artır, hər gün yeni adamlar gəlir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG