Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Azərbaycanlı biznesmen deyir ki, Özbəkistan prezidentini öldürmək istəyirdilər…


Əhməd Əliyev mətbuatv konfransında
Əhməd Əliyev mətbuatv konfransında

Özbəkistanda həbsxanadan bu yaxınlarda azad edilmiş tanınmış biznesmen Daşkənddəki dəbdəbəli otellərdən birində verdiyi mətbuat konfransında, onun sözlərinə görə, Özbəkistanda 8 il bundan əvvəl hazırlanan dövlət çevrilişi cəhdi barədə məlumat verib:

"2011-2012-ci illərdə generallar ovaxtkı prezident Islam Karimovu devirmək və ovaxtkı baş nazir Shavkat Mirziyoevi qətlə yetirməyi planlaşdırmışdılar...”

AzadlıqRadiosunun Özbək xidməti yazır ki, milliyyətcə azərbaycanlı olan Əhməd Əliyev Daşkəndin mərkəzindəki Le Grand Plaza mehmanxanasında yerləşən Gold Center cəvahirat şirkətinin təsisçisidir.

53 yaşlı Əliyev iddia edib ki, o vaxt ölkə təhlükəsizlik xidmətinin rəhbəri olan general Shuhrat Ghulomov bu çevriliş cəhdində şəxsən iştirak edibmiş.

Ghulomov 2017-ci ildən həbsxanada olsa da, ona qarşı ittihamlar rəsmən elan edilməyib.

Islam Karimov
Islam Karimov

Əliyev iddia olunan çevriliş cəhdi haqqında bundan artıq təfərrüata varmayıb, lakin bildirib ki, o bu barədə hakimiyyət orqanlarını məlumatlandırmışdı.

Özbəkistan rəsmiləri biznesmenin, barəsində indiyədək eşidilməmiş bu iddiaları ilə bağlı hələlik heç bir şərh verməyib.

Həbsxanadan ötən sentyabrda azad edilmiş Əliyev oktyabrın 21-də deyib ki, onun həbs olunmasının əsas səbəbi də bu çevriliş cəhdindən “xəbər tutması” olub:

"Onlar həm də mənim Gold Center şirkətimi əlimdən almaq istəyirdilər. Amma bu, mənim həbsimin ikinci dərəcəli səbəbi idi”.

Əhməd Əliyev Özbəkistanda uğurlu cəvahirat şirkətini açanda 20 yaşlarında idi. Biznesmen, onun arvadı və 9 işçisi 2012-ci ildə həbs edilmişdilər.

2013-cü ildə Daşkənd məhkəməsi Əliyevi mütəşəkkil cinayətkar dəstə yaratmaqda ittiham edərək 20 il müddətinə azadlıqdan məhrum etmişdi. O bu ittihamları rədd edir.

Shavkat Mirziyoev
Shavkat Mirziyoev

Şirkətin 9 işçisinə də müxtəlif müddətə həbsxana cəzaları verilsə də, biznesmenin xanımı yalnız şərti cəza almışdı.

Əliyev bunu da deyib ki, o, 2014-cü ildə məşhur Jaslik həbsxanasından iddia olunan dövlət çevrilişi cəhdi barədə bəzi materialları indiki prezident Mirziyoev də daxil, hakimiyyət orqanlara ötürə bilib.

İnsan haqları fəalları 2017-ci ildə bildirirdlər ki, Əliyev həbsxanada onunla pis rəftar edilməsindən şikayət yazmışdı.

Əliyevlə bağlı işə 2019-cu ildə yenidən baxılıb və onun barəsində cinayət işinə xitam verilib.

AzadlıqRadiosunun Özbək xidməti yazır ki, qəribə olanı belə bir mətbuat konfransının Daşkəndin mərkəzindəki dəbdəbəli oteldə keçirilməsidir. Beləki bu cür məkanlarda tədbirlərin keçirilməsi üçün hakimiyyət orqanlarının xeyir-duası zəruridir.

Mətbuat konfransında
Mətbuat konfransında

Daşkənddə işləyən jurnalist Aleksei Volosevich AzadlıqRadiosuna deyib ki, bu tədbirə də iqtidarın icazə verməsi şübhəsizdir:

"Əliyev dedi ki, Jaslik həbsxanasından azad olunmasına görə, habelə həyatının qalan hissəsi üçün Mirziyoevə minnətdar olacaq. O mətbuat konfransı boyunca Mirziyoevi tərifləyirdi. Bu cür təriflər aşkar olaraq Mirziyoevin xoşuna gəlir”.

Mirziyoev hakimiyyətə 2016-cı ildə prezident İslam Karimovun vəfatından sonra gəlib.

Karimovun hakimiyyəti dövründə, 2003-2016-cı illərdə baş nazir olmuş Mirziyoev prezident olduqdan sonra bir neçə siyasi məhbusu həbsxanalardan azad edib, minlərlə insanın adını İslam ekstremistlərinin qara siyahısından çıxarıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG