Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:24

Azərbaycanda yoluxmada yeni rekord göstərici


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 438 yeni yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bugün, iyunun 19-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurum bildirir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 11767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6325 nəfər müalicə olunaraq sağalıb, 143 nəfər vəfat edib, 5299 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”.

Ölkədə son sutka ərzində koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6976 test aparıldığı qeyd edilir.

Operativ Qərargahdan bildirildiyinə görə, ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 410475-dir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-də aşkarlandığı bildirilib. Həmin vaxtdan bu yana gündəlik yoluxma 400-dən az olub.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 8 milyon 637 mindən çox şəxsin yoluxduğu bildirilir.

Onlardan da artıq 457 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG