Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:59

Azərbaycanda yoluxmada yeni rekord


Son gündə Azərbaycanda koronavirus infeksiyasına 273 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb və 3 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu gün, iyunun 2-də yayılan məlumata görə, vəfat edənlər COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1943, 1954 və 1956-cı il təvəllüdlü şəxslərdir:

“Hazırkı dövrədək ölkəmizdə 5935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 3564 nəfər müalicə olunaraq sağalıb, 71 nəfər vəfat edib, 2300 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.

Qərargahdan habelə açıqlamaya görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 309.901 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb. Bu rəqəm fevralın 28-dən bəri Azərbaycanda yoluxmada rekorddur. Halbuki, bir müddət əvvəl yoluxma halları azalmışdı.

Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Karantin rejimi iyunun 15-nə kimi uzadılsa da, aprelin 27-dən mərhələlərlə bir xeyli yumşaldılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 6 milyon 400 mindən çox şəxsin yoluxduğu bildirilir.

Onlardan da artıq 378 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG