Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Azərbaycanda 323 yeni yoluxma, 5 ölüm


Son gündə Azərbaycanda 323 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib.

Bu barədə bugün, iyunun 8-də Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib:

“Hazırkı dövrədək ölkəmizdə 7876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 4377 nəfəri müalicə olunaraq sağalıb, 93 nəfər vəfat edib, 3406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 69 nəfərin vəziyyəti ağır, 80 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.

Qərargahdan aşıqlamaya görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 343391 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 28-də aşkarlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 7 milyon 123 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 406 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG