Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 19:56

Azərbaycanda Respublika Günüdür


Bu bayrağı Rəsulzadə özü tikib
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Bu bayrağı Rəsulzadə özü tikib

Bu gün, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (XC) yaranmasından 103 il ötür.

Xalq Cümhuriyyətinin paytaxtı əvvəlcə Tbilisi, daha sonra Gəncə olub. 1918-ci il sentyabrın 15-də Bakı "Sentrokaspi" Diktaturasından azad edildikdən sonra Xalq Cümhuriyyətinin paytaxtı ora köçürülüb.

Bu dövlət Şərq ölkələri arasında ilk dəfə qadınlara səsvermə hüququ tanıyıb.

1918-ci il noyabrın 9-da onun üçrəngli bayrağı qəbul edilib. Məhz XC dövründə Azərbaycanda ilk ali məktəb açılıb.

23 aylıq fəaliyyətdən sonra 1920-ci il aprelin 27-də Rusiyanın silahlı müdaxiləsi ilə süqut edib.

1991-ci il noyabrın 18-də Azərbaycan öz müstəqilliyini yenidən bəyan edib. Həmin vaxt Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi elan edilib.

1992-ci ildən Azərbaycanda mayın 28-i Respublika Günü kimi qeyd edilir.

XS
SM
MD
LG