Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:33

Azərbaycanda günəş və külək enerjisindən istifadə niyə hələ də cüzidir?


Mehriban Əliyevaya şikayət növbəsi - gecəni küçədə keçirənlər var
Gözlə

No media source currently available

0:00 0:14:19 0:00

Mehriban Əliyevaya şikayət növbəsi - gecəni küçədə keçirənlər var

Azərbaycanda neft və qaz yataqları ilə yanaşı, bərpa olunan enerji mənbələri də var. Bəs bu enerji mənbələrindən istifadə ilə bağlı durum necədir?

2016-cı ildə qəbul olunmuş kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsində deyilir ki, hədəf qarşıdakı 10 ildə bərpa olunan enerjinin həcmini artırmaqdır.

İqtisadi təhlilçi Toğrul Maşallı deyir ki, dövlət bu sahəni inkişaf etdirmək istəyirsə, gərək özü bazardan çəkilsin:

“Azalternativ dövlət şirkətinin satışı hardasa 300 mindir, amma ildə dövlət ona 2-3 milyon manat vəsait ayırır. Burda əsas problem dövlətin maliyyələşmədə iştirak etməsidir. Dövlət şirkətləri saxlayır. Bu isə belə olmamalıdır. Bu şirkətlərə subsidiyalar verilməlidir”.

Bu ilin yanvarında, prezident İlham Əliyev, dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə əlaəqdar bir sıra dövlət qurumlarını ləğv etdi, onların arasında Alternativ Enerji üzrə Dövlət Agentliyi də var idi.

Bu sahəni indi əsasən Energetika Nazirliyi idarə edir.

Nazirliyin telefonlarında gün ərzində zənglərimizə cavab verən olmadı.

"Xarici investorları cəlb etmək lazımdır"

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyir ki, Azərbaycanın tükənən enerji mənbələri ilə bağlı təcrübəsi var - xarici investorları ölkəyə dəvət etmək. İlham Şaban deyir ki, eyni təcrübəni bərpa olunan enerji mənbələrinə də tətbiq etmək lazımdır:

“Ənənəvi enerji hansı inkişaf yolu keçibsə, alternativ enerji də həmin inkişaf yolunu keçməlidir. Əgər elə olarsa, indiyə qədər biz alternativ enerji mənbələrindən 100 milyon kv.saat civarında enerji əldə etmişdiksə, bu rəqəmi 10 dəfə artırmaq olar”.

Energetika Nazirliyinin saytındakı məlumata görə, keçən ilin dekabrında energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, bu sahənin inkişafı üçün özəl sektorun inkişafı təmin oluna bilər.

Saytda bu da yazılıb ki, Azərbaycan bərpa olunan enerji mənbələrindən istifadəni təşviq edir. Belə ki, investisiya təşviqi sənədi almış sahibkarlar texnikanı, avadanlıqları, vergi, gömrük güzəştləri ilə alır. Bu şirkətlər həmçinin əmlak vergisini və torpaq vergisini ödəməkdən azaddır.

Nazirliyin məlumatında deyilir:

“2018-ci ildə respublika üzrə istehsal edilmiş elektrik enerjisi 25,2 milyard kVt·st olmuşdur ki, onun da 2,04 milyard kVt·st-ı bərpa olunan enerji mənbələrinin payına düşmüşdür. İl ərzində külək elektrik stansiyalarında 85,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 39,3 mln. kVt·st, bərk məişət tullantılarının yandırlması zavodunda isə 162,3 mln. kVt·st elektrik enerjisi istehsal olunmuşdur. Bərpa olunan enerji mənbələrindən istehsal olunmuş elektrik enerjisi ümumi istehsalın 8,1%-ni təşkil etmişdir”.

Hüququ baza yaradılmalıdır

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, bərpa olunan enerji mənbələrindən səmərəli istifadəni təmin etmək üçün ən önəmli məsələlərdən biri də qanunverici bazanın formalaşması, özəl sektorun cəlb olunması üçün hüquqi əsas yaradılmasıdır.

Energetika Nazirliyinin saytında isə deyilir ki, “bərpa olunan enerji mənbələri haqqında” qanun layihəsinin hazırlanması üzərində iş gedir və bununla bağlı xarici məsləhətçi şirkət də cəlb olunub. Bu qanunda özəl şirkətlərlə əməkdaşlıq da öz əksini tapacaq.

1994-cü ildə beynəlxalq şirkətlərlə bağlanmış "Əsrin müqaviləsi"ndən sonra Azərbaycanın bərpa olunmayan enerji mənbələrinin geniş istismarı başlayıb və hazırda bu sahə dövlətin ən əsas gəlir sahəsinə çevrilib. İndi bəzi iqtisadçılar alternativ enerji mənbələrinin istifadəsinə də özəl sərmayənin cəlb edilməsini, dövlətin bu sahədə iştirakını azaltmağı tövsiyə edirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG