Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 00:05

Azərbaycanda Formula-1 təxirə salınıb


Bakıda Formula-1. 2018

Bu gün, martın 23-də Formula-1 üzrə Azərbaycan Qran Prisinin təxirə salındığı açıqlanıb.

Bu barədə yarış təşkilatçısı olan FOM şirkəti rəsmi Twitter səhifəsində bildirib.

Məlumata görə, 5-7 iyun tarixlərində keçirilməsi nəzərdə tutulmuş Azərbaycan Qran Prisi koronavirus pandemiyasının qlobal şəkildə yayılmasına görə təxirə salınır.

Bundan əvvəl Qran Prinin 7 mərhələsi təxirə salınıb.

Azərbaycanda Formula-1 yarışları 2016-ci ildən keçirilir.

Tərəflər arasında razılaşmaya əsasən, Azərbaycan bu yarışlara 2023-cü ilə qədər ev sahibliyi etməlidir.

Rəsmilər Azərbaycanda Formula-1 yarışlarına ümumilikdə çəkilən xərcləri açıqlamır. Müxalifət isə bundan narazılıq edir.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 13 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 72 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan 10 nəfərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı yüzlərlə şəxsin karantində saxlandığı açıqlanıb.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martin 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda da qərar qəbul edib. Martın 20-dən 29-na qədər isə Azərbaycanda Novruz bayramı ilə bağlı qeyri-iş günləridir.

XS
SM
MD
LG