Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:50

Azərbaycanda adamların bank kartlarına niyə etibarı yoxdur?


Paşinyan yenə Xankəndinə gəlir: mitinq keçirib nələrdən danışacaq?
Gözlə

No media source currently available

0:00 0:15:03 0:00

Paşinyan yenə Xankəndinə gəlir: mitinq keçirib nələrdən danışacaq?

Prezident İlham Əliyev tapşırıq verir ki, nağdsız yəni, bank kartları ilə ödənişlərin həcmi artırılmalıdır. Amma müstəqil ekspertlər deyirlər ki, Azərbaycanda bunun üçün yetəri qədər nə infrastruktur, nə də texnologiya var.

Məsələn, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Facebook hesabında bu günlərdə başına gələn hadisəni paylaşıb.

O yazır ki, sığorta şirkətinə xidmət haqqını kartla ödəmək istəyib. Amma ona bildiriblər ki, bu halda kartın aid olduğu bankın tələbinə görə ondan 3 faiz rüsum tutulacaq. Osman Gündüz deyir ki, bundan sonra o da ödənişi nağd etməli olub:

“Bu kimi problemlər əksər xidmət sahələrində var. Bütün bu rüsumları da banklar müəyyən edib. Dünya təcrübəsi göstərir ki, nağdsız hesablaşmanı artırmaq üçün həvəsləndirmə çox vacibdir. Bəzən isə bunun tam əksini görürük. Təsəvvür edin cari hesabındakı vəsaiti, banka getmədən kart hesanıbına köçürmək mümkünsüzdür. Mövcud tənzimləmə bu vəsaiti mütləq şəkildə nəqdləşdirməyə məcbur edir. Bunun üçün siz gərək mütləq banka gedəsiniz, vəsaiti nəqdləşdirəndənsonra yenidən karta köçürəsiz. İzahı olmayan vəziyyətdir. Səbəb isə nağdlaşdırma ilə bağlı 1%-lik verginin mövcud olmasıdır”.

Nağdsız yəni, kartla ödəmələr zamanı vergidən yayınma, kölgə iqtisadiyyatı kimi hallar aradan qalxır, şəffaflıq artır.

Osman Gündüz
Osman Gündüz

Prezident kölgə iqtisadiyyatına qarşı?

Prezident İlham Əliyev də iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədə bu məsələyə toxunub.

Prezident deyib ki, nağdsız ödənişlər 2 milyard 300 milyon dollardır. Prezident nağdsız ödənişlərin hələ də aşağı səviyyədə olduğunu, onun həcminin artırılması üçün ciddi addımlara atılmalı olduğunu bildirib:

“Posterminalların sayı da artmalıdır. Ancaq mənə verilən məlumata görə, onların sayı artmır. Bu problem öz həllini tapmalıdır. Çünki nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, kölgə iqtisadiyyatını qidalandırır. Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir. Bu gün burada verilən məlumat bunu göstərir ki, bu istiqamətdə önəmli addımlar atılıb. Yüz mindən çox əmək müqaviləsi bağlanıb. Halbuki bu insanlar əvvəllər kölgə iqtisadiyyatında fəaliyyət göstərirdilər. Nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, qəbuledilməzdir”.

Prezident İlham Əliyev bu məsələnin təhlil edilib, ciddi addımlar atılması ilə bağlı tapşırıq verib.

Real Partiyasının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, bu istiqamətdə əhali arasında təşviqat işlərinin aparılmasına ciddi ehtiyac var. Onun fikrincə, bu vəziyyət insanların bank və kart sisteminə güvəninin olmaması ilə bağlıdır:

“Təqaüdlər, maaşlar verilən zaman az qala hər kəs bankomatların qarşına axışır. Pullarını kartlarından çıxarıb, nağdlaşdırırlar. Bunun əsas səbəbi insanların banka, kart sisteminə güvənlərinin olmamasıdır. Bu sahədə insanlar arasında təşviqat aparılmalıdır. Müxtəlif həvəsləndirici tədbirlər görülməlidir".

Natiq Cəfərli
Natiq Cəfərli

Mərkəzi Bank maraqlı deyil

Natiq Cəfərli deyir ki, bu məsələnin psixoloji-sosial tərəfidir. Burada bir də siyasi-iqtisadi səbəblər var. Böyük biznes şəbəkələri, otellər, ticarət mərkəzləri infrastruktur qurarkən nağdsız ödənişləri görməzdən gəlirlər. Bu yolla onlar vergidənyayına, real ticarət dövriyyələrini gizlədə bilirlər. Natiq Cəfərlinin fikrincə, digər bir səbəb isə ümumiyyətlə ölkədə bu sahədə infrastrukturun lazımi səviyyədə olmamasıdır.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bu sahədəki ən böyük problemi ölkədəki konservativ maliyyə-bank siyasətində görür. O bildirir ki, Mərkəzi Bank, rəqəmsal ödənişlər bazarına yeni oyunçuların daxil olmasında maraqlı deyil:

“Nə üçün bizdə e-pul, mobil pul kisəsi, ani ödəniş və bu kimi digər ödəniş məhsulları və texnologiyalar tətbiq edilmir? İndiyədək Ödəniş Xidmətləri ilə bağlı Qaydaların qəbul edilməməsinin bir izahı ola bilər, Mərkəzi Bank liberallaşmaya, bazara yeni oyunçuların, bank olmayan oyunçuların, FinTex-lərin daxil olmasına elə də maraqlı deyil”.

Osman Gündüz hesab edir ki, rəqəmsal bankçılıq, rəqəmsal ödəniş infrastruktu və rəqəmsal ödəniş texnologiyalarının tətbiq sahəsində durum yaxşı hesab etmək olmaz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG