Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:49

Koronavirusa 65 yeni yoluxma qeydə alınıb, 1 nəfər ölüb


Azərbaycanda 65 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib.

Bu barədə bu gün, aprelin 10-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Məlumatda deyilir ki, 58 nəfər də müalicə olunaraq sağalıb və evə buraxılıb.

Qərargahdan qeyd edilib ki, koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxan 1960-cı il təvəllüdlü, ağ ciyər ödəmi və tənəffüs çatışmazlığı olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib:

“Hazırkı dövrədək Azərbaycanda 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 159 nəfəri müalicə olunaraq sağalıb, 10 nəfər vəfat edib, 822 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.

Qərargahdan bildirildiyinə görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 61342 test aparılıb.

İndi də "Koronavirus məhbusları" yaranır?
Gözlə

No media source currently available

0:00 0:03:52 0:00

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb.

Son bir neçə ayda dünyada bu virusdan 97 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib.

Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən də ölkədə xüsusi karantin rejimi elan edilib.

Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb.

Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxmaq olar. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

XS
SM
MD
LG