Son gündə Azərbaycanda 168 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
İndiyədək 80 nəfər müalicə olunaraq sağalıb və 5 nəfər vəfat edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu gün, iyunun 1-də yayılan məlumata görə, vəfat edənlər COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1940, 1952, 1955, 1959 və 1962-cı il təvəllüdlü şəxslər olub:
“Hazırkı dövrədək ölkəmizdə 5662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3508 nəfər müalicə olunaraq sağalıb, 68 nəfər vəfat edib, 2086 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 55 nəfərin vəziyyəti ağır, 69 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.
Qərargahdan açıqlamaya görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 302.933 test aparılıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 6 milyon 290 mindən çox şəxsin yoluxduğu bildirilir.
Onlardan da artıq 374 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.