Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:28

Azərbaycan yoluxma rekordunu təzələyib


Mayın 28-də Azərbaycanda daha 191 nəfərdə koronavirusa yoluxma qeydə alınıb.

125 nəfər COVID-19-dan müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda belə deyilir.

Məlumatda həmçinin analiz nümunələri müsbət çıxan 1954-cü və 1956-cı il təvəllüdlü iki nəfərin vəfat etdiyi bildirilir.

İndiyədək Azərbaycanda 4 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edildiyi, onlardan 3022 nəfərin müalicə olunaraq sağaldığı, 56 nəfərin vəfat etdiyi, 1681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsinin davam etdirildiyi bildirilir.

Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 284 669 test aparıldığı deyilir.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 5 milyon 709 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 352 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG