Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 18:36

Azərbaycan və Ermənistanın Moskvadakı səfirləri bəyanat veriblər


Moskvada toqqu.malardan biri

Bugünlərdə Moskvada və Rusiyanın başqa şəhərlərində etnik ermənilərlə azərbaycanlılar arasında baş vermiş toqquşma və dava-dalaşın ardınca iyulun 27-də Ermənistan və Azərbaycanın Rusiyadakı səfirləri həmvətənlərini “təxribat” və qarşıdurmalardan çəkinməyə çağırıblar.

Rusiyanın şəhərlərində iki xalqın nümayəndələri arasında gərginlik iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində iki ölkənin silahlı qüvvələri arasında toqquşmanın ardınca yaranmışdı.

Vardan ToghanianPolad Bülbüloğlu ayrılıqda verdikləri bəyanatlarda erməniləri və azərbaycanlıları Rusiyada Rusiya Federasiyasının qanunlarını pozmamağa çağırıblar.

Bu bəyanatdan əvvəl Moskva polisi iyulun 23-24-də Rusiya paytaxtılnda və onun ətraflarında baş vermiş böyük toqquşma və iğtişaşlarda iştirak edən 30-dək şəxs saxlanmışdı.

Polis rəsmilərinin verdiyi məlumata görə həbs edilən əcnəbilərin əksəriyyətinə qarşı xuliqanlıq, bəzilərinə qarşı isə qarət maddələri üzrə ittihamlar irəli sürülüb.

Böyük toqquşmanın qarşısı alınıb

Rusiya rəsmiləri bunu da bildirirlər ki, bundan başqa miqrasiya qanunlarına müvafiq olaraq saxlananların bir çoxunun beş il müddətində Rusiyaya daxil olması qadağan ediləcək.

Polis saxlananların hansı ölkələrdən olduğu və ya toqquşmaları hansı tərəfin başladığı barədətəfərrüatlı məlumat verməyib.

Rusiyanın ikinci böyük şəhəri olan Sankt Peterburqda polis bildirib ki, iyulun 25-də bu şəhərdə azərbaycanlılar və ermənilər arasında böyük toqquşmanın qarşısı alınıb.

Ermənistan və Azərbaycan sərhədində iyulun 17-dən bəri nisbi sakitliyin olduğu xəbər verilir.

Buna baxmayaraq tərəflər bir-birini sərhəddə və Dağlıq Qarabağdakı təmas xəttində ara-sıra atəşkəsin pozulmasında ittiham edirlər.

Ermənistan iyulun 27-də Azərbaycanla sərhəddə snayper atəşindən bir əsgərinin öldüyünü xəbər verib.

Azərbaycan Ermənistanı 24 saat ərzində atəşkəsi pozmaqda ittiham edib.

***

İyulun ortalarından bəri ABŞ-ın Los Anceles şəhərində, London və Varşava da daxil Avropa paytaxtlarında azərbaycanlılar və ermənilərin iki ölkənin səfirlikləri qarşısında aksiyaları olub.

Bu aksiyalardan bəzilərində də toqquşma və zorakılıqlar baş verib.

İyulun 12-də Azərbaycan Ermənistan sərhədində silahlı toqquşma olub. Hər iki tərəf itki verib. Son günlər döyüş səngisə də, gərginlik davam edir.

XS
SM
MD
LG