Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Azərbaycan təyyarə istehsalı ilə bağlı danışıqlar aparır


İyunun 4-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev İtaliyanın müdafiə sənayesi şirkətlərindən olan “Leonardo”nun baş direktoru Lorenzo Marianinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə nazirliyin saytı məlumat yayıb:

“Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Leonardo” şirkəti arasında hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsinə dair danışıqlar aparıldı. “Leonardo” şirkətinin məhsulu olan reaktiv təlim-məşq təyyarələrinin istehsalı və texniki xidmətlərin göstərilməsi ilə bağlı birgə layihələrin icrası ətrafında geniş fikir mübadiləsi aparıldı”.

Nazirlik bildirir ki, qeyd edilən məsələ ilə bağlı hər iki tərəfin ekspertlərinin danışıqları davam etdirilməsinə dair razılıq əldə olunub.

XS
SM
MD
LG