Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:24

Prezident Türkiyə nazir və komandanlarını qəbul edib 


İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev də avqustun 13-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarı və bu ölkənin başqa hərbiçilərini qəbul edib.

Qonaqların sırasına Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güleri, Quru Qoşunları komandanı Ümit Dündarı, Hərbi Hava Qüvvələri komandanı Hasan Küçükakyüzü, Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbalı da daxil olub.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti deyib ki, avqustun 13-ü Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin ( iyulun 29-da başlayıb) son günüdür.

O əlavə edib ki, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir:

“ Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür” .

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar isə öz növbəsində Türkiyə və Azərbaycanı bir ananın iki ayrı övladı adlandırıb.

O daha sonra deyib:

“…Azərbaycan tək deyil. Bunu hər kəs bilsin. Biz bərabərik, birik, bir millətik. Biz sülhün, sabitliyin tərəfdarıyıq. Təkcə ölkələrimizin təhlükəsizliyi, əmin-amanlığı mənasında deyil, bütün Qafqazın, bütün bölgənin sülh və əmin-amanlıq içərisində olmasının tərəfdarıyıq. Digər tərəfdən, haqqımızın, hüququmuzun, mənafelərimizin də tapdalanmasına imkan verməyəcəyimizi, bunların qorunması üçün lazım olan nə varsa edəcəyimizi hamının bilməsini istəyirik”.

Hulusi Akar və Türkiyənin qoşun komandanları Azərbaycanda

Avqustun 13-də Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə təlimlərinin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Bu barədə bu gün, avqustun 13-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

TURKEY -- Turkish Defense Minister Hulusi Akar, right, and Chief of Staff Gen. Yasar Guler wearing face masks to protect against the coronavirus, monitor the operation at a military headquarters in Ankara, June 15, 2020
TURKEY -- Turkish Defense Minister Hulusi Akar, right, and Chief of Staff Gen. Yasar Guler wearing face masks to protect against the coronavirus, monitor the operation at a military headquarters in Ankara, June 15, 2020

Məlumatda yazılıb ki, Azərbaycan və Türkiyə müdafiə nazirliklərinin rəhbərliyi, qoşun növləri komandanları təlimlərin birinci mərhələsinin son epizodunu izləmək üçün təlim poliqonuna gəliblər:

“Əvvəlcə təlimin planlaşdırılması, ona hazırlıq prosesi, qoşunların yerləşdirilməsi, eləcə də mərhələlər üzrə icra olunan tapşırıqlar barədə brifinq təqdim edilib. Təlimlər haqqında ərazinin maketi üzərində ətraflı məruzə olunduqdan sonra yüksək səviyyəli qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olub, qarşıya qoyulan tapşırıqların praktiki icrasını müşahidə ediblər”.

Açıqlamaya görə, birgə təlimlərin birinci mərhələsinin son epizodu başa çatdıqdan sonra qonaqlar şəxsi heyətlə görüşüb, fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

Dünən, avqustun 12-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitləri Azərbaycana gəliblər.

Məlumata görə, onlar Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində birinci mərhələsinin son epizodunu izləməyə gəliblər.

Bundan əvvəl AMN bildirmişdi ki, bu iki ölkə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan Azərbaycanda quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı təlimlər başlayıb.

Multimedia

XS
SM
MD
LG