Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:03

Azərbaycan sərhədçisi həlak olub


İllüstrativ foto
İllüstrativ foto

Yanvarın 7-də Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan sərhədçisinin həlak olduğu bildirilir.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, saat 14:56 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində qarşı tərəfdən açılan snayper atəşindən Azərbaycanın bir sərhədçi əsgəri həlak olub:

"Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli zabitlər hazırda hadisə yerindədirlər, Hərbi Prokurorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir”.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında gərginlik yaşanıb. Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndləri işğal edilib.

O kəndlərdən bir neçəsi də Qazax rayonun payına düşür. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.

ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG