Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 00:57

İndi atəş açan kimdir?


Ekspert xəbərdarlığı: Gədəbəy və Qazaxla sərhədə görə Ermənistanla mübahisə qızışa bilər
Gözlə

No media source currently available

0:00 0:05:00 0:00

Ekspert xəbərdarlığı: Gədəbəy və Qazaxla sərhədə görə Ermənistanla mübahisə qızışa bilər

Son günlər yenidən Ermənistan-Azərbaycan sərhədində atəşkəsin tez-tez pozulduğu bildirilir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 26-da və 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri onların mövqelərini atəşə tutub. Ermənistan isə bunu təkzib edir və atəşkəsin Azərbaycan tərəfindən pozulduğunu bildirir.

Son aylar Azərbaycan tərəfindən Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı bir neçə dəfə istək bildirilsə də, Ermənistan tərəfindən buna heç bir cavab verilməyib.

"Bizim Ermənistanla sülh sazişimiz olmasa…"

İyunun 25-də Prezident İlham Əliyev Avropa Birliyinin nümayəndələrini və bu quruma daxil olan Rumıniya, Avstriya, Litva xarici işlər nazirlərini qəbul edərkən bildirib ki, ola bilsin, seçkiqabağı (iyunun 20-də Ermənistanda parlament seçkiləri oldu) vəziyyət Ermənistan hökumətinə sülh sazişinə dair bəyanatlar vermək üçün çox əlverişli olmayıb: "Amma indi Ermənistanda seçkilər başa çatandan sonra ümid edirik ki, müsbət cavab olacaq. Əlbəttə, düşünürəm ki, sizin Ermənistanda təmaslarınız zamanı bu məsələ də müzakirə ediləcək. Çünki əgər bizim Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh də yoxdur. Təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqazda sülh yoxdur".

E.Nəsirov
E.Nəsirov

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirovun fikrincə isə, Ermənistan silahlı qüvvələrinin yenidən Azərbaycanla sərhəddə atəşkəsi pozması onu göstərir ki, orada revanşist qüvvələr artıq son həmləni həyata keçirirlər. O, "Turan"a bildirib ki, həmin revanşist qüvvələr proseslərin onların maraqlarına tamamilə zidd olduğunu yaxşı bilirlər: "Həm də parlament seçkilərində qalib gəlmiş Nikol Paşinyan artıq bəyan edib ki, hakimiyyət daxilində çox ciddi kadr islahatlarını həyata keçirəcək. İlk növbədə bu proses Xarici İşlər Nazirliyindən başlayacaq, müdafiə və digər nazirliklərdə çox ciddi təmizləmələr olacaq".

Deputat istisna etmir ki...

Deputat istisna etməyib ki, "təmizləmələr" nəticəsində vəzifədən gedəcək generallar və digər ranqlı zabitlər bu cür təxribatlara əl atmaqla öz gücünü göstərmək istəyirlər: "Ancaq bunlar hamısı əbəs yerədir, çünki Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan ordusu Ermənistana kapitulyasiya aktını imzalatdıran ordudur. Özləri də gözəl bilirlər ki, belə təxribatlarla heç bir hədəfə nail ola bilməzlər".

"…Sülh yolu Ermənistanın xilas yoludur"

E.Nəsirov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana sülh müqaviləsi imzalamağı təklif edib: "Bu yenə də bizim sülhpərvər olduğumuzu göstərir. Eyni zamanda, cənab prezident Ermənistana xəbərdarlıq edib ki, sülh yolu Ermənistanın xilas yoludur".

Politoloq Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, sülh müqaviləsinin imzalanması müharibənin bitməsi üçün zəruri şərtdir, amma bu olmayacaq. Onun fikrincə, burda həm daxili, həm xarici səbəblər var: "Belə münaqişələr geosiyasi təsir aləti kimi yaradılır və idarə olunur. Onların həlli də müxtəlif yollarla alınır. Tarix boyu belə olub".

Ə.Oruclu
Ə.Oruclu

"Bu gün də bu dəyişməyib"

Onun sözlərinə görə, ikinci səbəb isə daxili səbəbdir: "44 günlük müharibəyədək Azərbaycan hansısa sülh müqaviləsinə getsəydi, bu, məğlubiyyət kimi qəbul olunacaqdı. İndi Ermənistanda da vəziyyət belədir. İstənilən halda ya Ermənistan, ya da Azərbaycan tərəfdə istənilən şərtlərlə sülh müqaviləsinə imza atan siyasi rəhbərlər özünü və hakimiyyətini risk altına atırdı. Bu gün də bu dəyişməyib".

Ekspert deyir ki, dəyişən yalnız bir şeydir - təmas xətti: "Azərbaycan 44 günlük müharibədə uğur əldə edib, Ermənistan qoşunlarını işğal olunmuş ərazilərindən xeyli uzaqlaşdırıb və ona görə də bu atışmalar keçib sərhəd bölgəsinə".

"Bu, daha böyük risklər yaradır"

Politoloqun fikrincə, sərhəd bölgəsində atəşkəsin pozulmasının əvvəl işğal olunmuş ərazilərdə baş verən atışmalardan fərqi ondan ibarətdir ki, bu, daha böyük risklər yaradır: "Belə bir sərhədboyu qarşıdurma gələcəkdə kənar qüvvələrin hərbi müdaxiləsinə imkan verə bilər".

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG